Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün 31 mart şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Sabirabad rayonu Muğan Gəncəli kəndində anadan olmuş Xüsusi Təyinatlı Qüvvələrin Polkovnik- Leytinantı, Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyevin doğum günüdür. Murad Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov deyib.
“Murad Mirzəyevin şücaəti, qəhrəmanlığı ilə təkcə ailəsi, doğmaları, doğulduğu Sabirabad rayonunun Muğangəncəli kəndi yox, həmçinin bütün Azərbaycan fəxr edir. Bu gün məndə fəxrlə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin əziz xatirəsini ehtiramla yad edirəm və Murad Mirzəyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”-deyə, o, əlavə edib.
Qeyd edək ki, bu gün iki övlad atası olan Şəhidimizin 45 yaşı tamam olur.
Nur içində yatsın!


Etikxeber.az