Bu gün Azərbaycan 10-dan çox ölkəyə öz məhsullarını ixrac edir – NAZİR – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2009-cu ildən Müdafiə Sənayesi Nazirliyi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə iştirak edir. Bu sərgilərin nəticəsidir ki, bu gün Azərbaycan 10-dan çox ölkəyə öz məhsullarını ixrac edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında  deyib.

Nazir bildirib ki, keçən il ixrac olunan məhsullar kooperasiya ilə birlikdə əvvəlki illərə nisbətən 2,7 dəfə artıb. Bütün bu uğurların əsası dövlətimizin başçısı tərəfindən qoyulub. Biz bu nəticələri Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində əldə etmişik.

Bu ilin iyun ayında Silahlı Qüvvələr Günü ərəfəsində Şirvan şəhərində 2 zavodun açılışında ölkə başçısının iştirak etdiyini xatırladan Yavər Camalov qeyd edib ki, Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi qarşısında mühüm tapşırıqlar qoyub və bu tapşırıqların icrasına başlanılıb. Gələn il həmin tapşırıqların icrası istiqamətində işlər davam etdiriləcək.

***

“Hazırda İsrail şirkəti ilə birgə müəssisə yaratmışıq, Müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edirik. Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparırıq. Artıq “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin bir sıra şirkətləri ilə və digər ölkələrin müvafiq qurumları ilə layihələr həyata keçirmək niyyətindəyik”.

Bunu da Y. Camalov bildirib.

Nazir deyib ki, bu layihələr sırasında 23 millimetrlik snayper tüfəngini yaradıb silahlanmaya daxil etmək var. Bundan əlavə, düşmənin pilotsuz uçuş aparatlarının endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir. Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək:

“Kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq, özü müəyyənləşdirib özü də məhv edəcək. Digər tərəfdən elektro impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir. Artıq bu işlərin icrasına başlamışıq”.

Etikxeber.az

Read Previous

Ordu mövzusu ilə gündəmdə qalmaq? – AYDIN MİRZƏZADƏ YAZIR

Read Next

ÖMƏR FAİQİN ANDI – Akademik yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir