Bu gün Cənnətdəki altıncı doğum günləri, 36 yaşları tamam olan İkinci Vətən Müharibəsi Şəhidləri-GORANBOYLU VÜSAL NAĞIYEV VƏ “QARABAĞ” ORDENLİ ASƏF ƏSGƏROV… – FOTOLAR – YENİLƏNİB

İkinci Vətən Müharibəsi Şəhidlərindan Goranboylu Vüsal Əmirastan oğlu Nağıyev və Bərdəli Asəf İlqar oğlu Əsgərovun doğum günləridir. 

Bu gün-5 mart 2026-cı il tarixində hər iki Şəhidin-həm Vüsal Nağıyevin, həm də Asəf Əsgərovun 36 yaşları tamam olur.

Həm də hər iki Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.

Etikxeber.az xəbər verir ki, ailənin 4 övladından biri Vüsal Nağıyev 1990-cı ilin mart ayının 5-də Goranboyun Baş Qışlaq (Buzluq) kədində anadan olub.

Tək bacısı və hərbçi qardaşı Tural Nağıyev hazırda ailəlidirlər.

Digər qardaşı Arzuman isə illər öncə faciəli şəkildə dünyasını dəyişib.

Atası (ataları)-ali təhsilli Əmirasatan Nağıyev müharibə iştirakçısı olub, Birinci Qarabağ Savaşının qəhrəmanlarından birdidir.

Doğum tarixi 10 yanvar 1990-cı il kimi göstərilsə də, Vüsal əslində 1990-cı ilin mart ayının 5-də dünyaya gəlib.

13 ilin peşəkar hərbçisi olan Vüsal Nağıyev İkinci Vətən Müharibəsinin ilk günündən oktyabr ayının 30-na kimi döyüşlərdə olub, Kəlbəcər-Murov, Suqovuşan-Ağdərə istiqamətlərində vuruşub.

Oktyabrın 30-da isə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Kəndləri-Buzluq cəbhə xəttinə yaxın olduğu üçün nəşi bir gün sonra, oktyabrın 31-də Goranboyun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Vüsal həm də ailəli olub, dayısı qızı Tünzalə Nağıyeva ilə ailə həyatı qurub.

Vətənə iki oğlan övladı əmanət qalıb.

Hər ikisi də orta məktəbdə oxuyurlar.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ancaq Şəhidin orden Haqqı hələ də tanınmayıb və ailəsi Vüsal Nağıyevin də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

***

“Qarabağ” ordenli Asəf Əsgərovun doğum günü 19 fevral 1990-ci il kimi qeyd olunsa da, onun da doğum tarixi əslində 1990-ci ilinn mart ayının 5-dir.

O, Bərdənin Boyəhmədli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən, Əsgərliyə getdikdən sonra həyatını yenidən Ordu ilə bağlayıb.

Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə Gizir, tank komandiri olub.

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub.

İkinci Qarabağ Savaşı zamanı Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb. 

Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və elə həmin doğulub boya-başa çatdığı Boyəhmədlidə (Mustafaağalı) dəfn edilib.

Asəfgil ailədə övlad-3 qardaş olublar.

Asəf də ailəli, dayısı qızı Aydan xanımla evli olub.

Hazırda orta məktəb şagirdləri olan iki oğlan övladı-Emili və Kənanı Vətənə əmanət qalıb.

Bərdə şəhərində adını daşıyan küçə var.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün axşam saatlarında Şəhidin ailəsinin-xanımının və övladlarının yaşadığı evdə adına ehsan veriləcək, iftar süfrəsi açılacaq.

Məkanları cənnətlik, ruhları şad, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

08:41

***

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün axşam saatlarında Şəhid Asəf Əsgərov ailəsinin Bərdə şəhərində yaşadığı evdə adına ehsan-iftar süfrəsi açılıb.

Ehsan-iftar süfrəsində Şəhidin xanımı, övladları, yaxınları, Bərdəli Şəhid anaları, ziyalılar və digər şəxslər iştirak ediblər.

Şəhidin ruhuna dualar edilib, Cənnətdəki altıncı doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

BƏƏ, Latviya, Özbəkistan və Gürcüstan liderləri Əliyevə zəng etdilər-NARAHATLIQLARINI VƏ HƏMRƏYLİKLƏRİNİ İFADƏ ETDİLƏR – YENİLƏNİB – (2)

Read Next

Naxçıvana edilmiş dron hücumları qonşuluq prinsiplərinə ziddir-OMBUDSMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir