Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Xaliq oğlu Nuriyevin doğum günüdür.
Nofəl Nuriyevin bu gün-9 yanvar 2026-cı il tarixində 38 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Nofəl Nuriyev 1988-ci ilin yanvar ayının 9-da Qızılhacılı qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.
Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.


Nofəl orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində yerləşən Tibb Kollecində təhsil alıb.
2011-ci ildə ailə həyatı quran Nofəl 3 övlad, iki qız, bir oğul atası idi.
Evin tək oğlu olan Nofəlin Güllü, Ayşə və Ali adlı övladları var.
Hər üç övladı orta məktəbdə oxuyurlar.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nofəl Nuriyev İkinci Vətən Müharibəsi zamanı-2020-ci ilin sentyabrın 29-da Şəhid olsa da, bir müddət onun nəşini “neytral ərazi”dən götürmək mümkün olmayıb.
Yalnız 11 gündən sonra, oktyabrın 10-da nəşini “neytral”dan götürmək mümkün olub.
Elə həmin gün-10 oktyabr 2020-ci il tarixində də Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Valideynləri isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edirlər.
Bu yerdə qeyd edək ki, Nofəl Nuriyevin xalası oğlu İlkin Vəliyev də İkinci Vətən Müharibəsi Şəhididir.
İlkin Nofəlin Əbədiyyətə uğurlanmasından 16 gün sonra Şəhid olub və 2020-ci ilin oktyabr ayının 26-da torpağa tapşırılıb.
Qızılhacılı qəsəbəsində hazırda adını daşıyan küçə var.
***

Bu gün həm də ailənin üç oğlan övladından biri olan, anası ilə eyni gündə dünyaya gələn-9 yanvar 1991-ci il təvəllüdlü, subay, MAXE, 29 yaşında Şəhadətə ucalan Şabranlı Şükür Qənbər oğlu İlyasovun doğum günüdür.
Onun da Cənnətdəki altıncı doğum günüdür və 35 yaşı tamam olur.
Qeyd edək ki, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərən Şükür İlyasov 2020-ci ilin sentyabr ayının 29-da Kəlbəcər-Murov istiqamətində qanlı döyüşlər zamanı Şəhadətə ucalıb və nəşi bir gün sonra, 30 sentyabr tarixində Şabran Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla təltif edilib.
O, həm də subay idi.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





