Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Ağcabədi rayonunun kinci Vətən Müharibəsi Şəhidlərindən olan Nurlan Şükür oğlu Quliyevin doğum günüdür.
Nurlan Quliyevin bu gün-4 dekabr 2025-ci il tarixində 30 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Nurlan Quliyev 1995-ci ilin dekabr ayının 4-də (əslində isə noyabrın 11-də) Ağcabədi rayonunun Qaraxanlı kəndində sadə bir ailədə dünyaya gəlib.
Evin-ailənin dörd övladından, üç qardaşdan biri olub.
2002-2013-cü illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb.
2015-ci ildə Əsgərliyini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətində döyüşüb, vuruşub.
Ailəsi, anası Zülfiyyə xanım axırıncı dəfə onunla sentyabrın 27-də danışıb, ondan sonra-Şəhidliyinə qədər Nurlanla əlaqə saxlamaq mümkün olmayıb.
Noyabr ayının 1-də isə ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 4 gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hazırda adını daşıyan küçə var.
O, həm də nişanlı olub.


Atasını da illər öncə itirib.
Nurlan eyni zamanda, Qaraxanlının üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
***

Bu gün həm də Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Telman Fazil oğlu Allahverənovun Anım Günüdür.
Telman Allahverənovun Əbədiyyətə uğurlanmasından beş il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar olunub.
Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Anası Rəsmiyyə xanımın göz yaşları içində dediklərindən:
“Mən sənə toy etməyə hazırlaşırdım…Hər şey, bütün arzularım gözüm qaldı…Toy yaylığın, toy xoncaların cənazənin üstünə düzüldü…Hər şeydən küsmüşəm…Toydan da küsmüşəm, sevinməkdən də küsmüşəm…Hər şeydən küsdürdün məni…Özündən də küsdürdün məni…”
Şəhidin məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan verilib, bir daha ruhuna dualar edilib.
Qeyd edək ki, əslən Qubadlılı olan Telman Allahverənov 1995-ci ilin 7 iyul tarixində Mingəçevir şəhərində dünyaya gəlib.
Ailədə 3 övladından biri, iki bacının tək və nişanlı qardaşı olub.
2015-2017 illərdə həqiqi hərbi xidmətini yerinə yetirib və İkinci Vətən Müharibəsinə qədər Mingəçevirdə müxtəlif sahələrdə çalşıb.
İkinci Vətən Müharibəsi başlamazdan 6 gün öncə, 21 sentyabr tarixində isə səfərbərliyə cəlb olunub.
Müharibə başlayan ilk gündən də döyüşlərdə olub.
Döyüş yolu isə cəmi 5 gün çəkib.
Oktyabrın 1-ində Suqovuşan istiqamətində döyüşlərdə Şəhidlik məqamına ucalıb.
Amma nəşini uzun müddət əldə etmək mümkün olmayıb.
Nəşi yalnız 63 gün sonra, dekabr ayının 4-də ailəsinə təhvil verilib və elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Telman da nişanlı olub.
Nur içində yatsın!
14:05
***
FOTOLAR:










***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





