Bu gün Cənnətdəki altıncı doğum günü, 35 yaşı tamam olan-XÜSUSİ TƏYİNATLI, “QARABAĞ” ORDENLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ KAMRAN KAZIMOV – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ KEÇİRİLDİ, ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLUNDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (3)

Həm Bakı şəhərinin, həm də Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kamran Qurban oğlu Kazımovun doğum günüdür.

Kamran Kazımovun bu gün-7 dekabr 2025-cil tarixində 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarındaŞəhidin Hərbi Memorial Məzarlıqdaməzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Ailəsinə, valideynlərinə-anası Elmira xanıma və atası Qurbanəli Kazımova Allahdan səbr və dözüm arzulanıb.

35 yaşı, Cənnətdəki altıncı doğum günü təbrik edilib.

Xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha çıxışlar edilib, tarixi İkinci Vətən Müharibəsindən, Kamran Kazımov da daxil olmaqla, cəmi Şəhidlərin İgidlik və Qəhrəmanlıqlarından söz açılıb.

Daha sonra Kamran Kazımovla bağlı videoçarx nümayiş etdirilib.

Məzarını ziyarətdə və Anım məclisində Şəhidin valideynləri, doğmaları, Şəhid ailələri, Qazilər, keçmiş və indiki Xüsusi Təyinatlılar, hərbçilər, din xadimləri, Xətai rayonunun məsul şəxsləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Kamran Kazımov əslən Ucar rayonundan olsa da, 1990-cı ilin dekabr ayının 7-də Rusiyanın Voloqda vilayətində dünyaya gəlib…

Atası Qurbanəli kişi hərbçi olub, Daxili Qoşunlarda fəaliyyət göstərib…

Ailənin üç övladından biri olub…

2 yaşında, 1992-ci ildən yenidən Vətənə, Azərbaycana dönüblər…

Bakı şəhərində yaşayıblar…

1997-2008-ci illərdə Bakı şəhərinin Xəati rayonunda yerləşən Şəhid Şədrəddin Həsənov adına 63 saylı tam orta məktəbdə oxuyub…

Orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib…

Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb…

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb…

Həqiqi hərbi xidmətini Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib…

Əsgərliyini başa vurduqdan sonra Daxili Qoşunların Ali Hərbi Məktəbində oxuyub, ona Leytenant hərbi rütbəsi verilib…

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib…

2018-ci ilin iyul ayından Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində xidmət edib, 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub…

İkinci Vətən Müharibəsi zamanı Daxili Qoşunların Baş leytenantı kimi döyüşlərə atılıb, şərəfli döyüş yolu 9 gün çəkib, oktyabrın 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb, nəşi bir gün sonra, oktyabrın 6-da İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…

Bakıda adını daşıyan küçə var…

Kamran həm də ailəli olub…

2012-ci ildə ailə həyatı qurub, üç övladı-qızları Aydan və Kamrana, oğlu Ərtoğrul Vətənə, ailəsinə əmanət qalıb…

Üçüncü-sonuncu övladı, Kamrana adlı qızı Şəhidliyindən 6 ay 8 gün sonra, 2021-ci ilin 13 aprel tarixində dünyaya gəlib…

Övladları-Aydan və Ərtoğrlu orta məktəb şagirdidirlər.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

16:06

***

***

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yol Polisindən sürücülərə-MÜRACİƏT

Read Next

Tofiq Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir