Bu gün Cənnətdəki beşinci doğum günü, 27 yaşı tamam olan tək və subay övlad, İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hüseynzadə-MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN-İFTAR SÜFRƏSİ AÇILDI, ŞƏHİDİN ANASI ARZU HÜSEYNOVAYA “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM OLUNDU…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Fərman oğlu Hüseynzadənin doğum günüdür.

Elməddin Hüseynzadənin bu gün-24 mart 2025-ci il tarixində 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü, 27 yaşının tamam olması ilə bağlı bu gün axşam saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələr düzülüb, ruhuna dualar oxunub, “Quran” oxunub.

Ziyarət zamanı Şəhidin məzarı başında çıxışlar edilib.

Cənnətdəki beşinci doğum günü təbrik olunub, tək-tənha yaşayan anası Arzu Hüseynovaya Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Cənnətdəki beşinci doğum günü ilə bağlı Bərdə şəhərində yerləşən “Çinar” restoranında mərasim keçirilib, adına ehsan-iftar süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Eyni zamanda, bir daha Şəhidin ruhuna dualar edilib, bir daha “Quran” oxunub.

Həmçinin, “Odlar yurdu” qrupu və iş adamı Mübariz Mənsimovun adından Şəhidin anası Arzu Hüseynovaya “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu Şəhidin anasına “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov və Gəncəli Şəhid anası Nailə xanım təqdim edib.

Məzarını ziyarətdə, həm də Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin anası, yaxınları, Bərdədən, Mingəçevirdən, Tərtərdən, Ağdamdan, Gəncədən, Hacıqabuldan, Sabirabaddan, Biləsuvardan, Goranboydan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elməddin Hüseynzadə 1998-ci ilin mart ayının 24-də Bərdənin Sərkarlar kəndində anadan olub.

23 günlüyündən anası Arzu Hüseynova tərəfindən təkbaşına böyüdülüb.

Ailənin, ananın tək övladı olub.

2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərində anası ilə birlikdə minbir əziyyətlə tikdirdikləri evə, Divanlıya köçüblər.

Orta məktəbi bitirdikdən sonra Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib və Əsgərliyini başa vuraraq, evinə, anasının yanına dönüb.

Bir müddət müxtəlif sahələrdə çalışıb.

İkinci Vətən Müharibəsinə yaxın isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günlərində, sentyabrın 29-da isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Elə həmin gün axşam saatlarında nəşi Bərdəyə gəririlərək, Şəhidlər Xiyabanında torpağa tapışırılıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bərdə şəhərində adını daşıyan küçə var.

22 yaşında Şəhidlik məqamına ucalan Elməddin subay olub.

Anası Arzu xanım hazırda tək-tənha yaşayır.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Eritreyada saxlanılan gəmilərin heyəti Azərbaycana gətirilib-XİN

Read Next

Bu ərazilərə qar yağıb-FAKTİKİ HAVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir