Bu gün Cənnətdəki doğum günləri olan 2022-ci il avqust və 2023-cü il Antiterror Şəhidləri-SAMİR XUDİYEV, XƏLFƏLİ SULTANOV, QİYAS MANAFOV…22 YAŞININ TAMAMINDA QİYAS MANAFOVUN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (2)

2023-cü ilin Antiterror Şəhidlərindən olan Qiyas Ramil oğlunun Manafovun doğum günüdür.

Qiyas Manafovun bu gün-18 iyul 2026-cı il tarixində 22 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün saat 10:00-da Şəhidin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Məzarını ziyarətdən sonra Cənnətdəki üçüncü doğum günü ilə bağlı Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında məclis düzənlənəcək, adına çay-ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, əslən Bakılı olan və Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Qiyas Manafov 2004-cü ilin iyul ayının 18-də dünyaya gəlib.

Ailədə üç övlad, üç qardaş olublar.

O, evin-ailənin böyük övladı idi.

Qardaşları Kərim ali məktəb tələbəsi, Vahid isə orta məktəb şagirdidir.

2011-2022-ci illərdə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə oxuyub.

2022-ci ildə balı az olduğu üçün ali məktəbə daxil ola bilməyib.

Elə 2022-ci ilin iyulunda da həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Füzuli istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib.

Axırıncı dəfə isə 2023-cü ilin 17 oktyabr tarixində ailəsi ilə danışıb.

Cəmi iki gün sonra, 19 sentyabr 2023-cü il tarixində isə 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi iki gün sonra, sentyabrın 21-də  Hərbi Memorial Məzarlıqda (İkinci Şəhidlər Xiyabanında) Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

***

Bu gün həm də daha iki Şəhidimizin doğum günüdür.

Daha bir Antiterror Şəhidi Xəlfəli Böyükağa oğlu Sultanovun 36, 2022-ci ilin avqust Şəhidi Samir Səməd oğlu Xudiyevin isə 23 yaşı tamam olur.

Xəlfəli Sultanovun Cənnətdəki üçüncü doğum günü, Samir Xudiyevin isə Cənnətdəki dördüncü mövlududur.

Qeyd edək ki, Xəlfəli Sultanov 1990-cı ilin iyul ayının 18-də Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…

1996-2007-ci illərdə Qubalıbaloğlan kənd orta məktəbində oxuyub və təhsilini əla qiymətlərlə bitirib…

Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub…

2011-ci ildə həmin məktəbi bitirib, sonra isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçib…

Leytenant hərbi rütbəsinə layiq görülüb və Azərbaycan Ordusunda peşəkar hərbçi kimi fəaliyyətə başlayıb…

2016-cı ilin Aprel döyüşlərində iştirak edib, gözü zədələnib, bir müddət qulaqları batıb…

Amma yenə də hərbçi kimi fəaliyyətini davam etdirib…

Müdafiə Nazirliyi tərəfindən bir neçə medalla təltif olunub…

İkinci Vətən Müharibəsinin ilk günündən son gününəcən də müharibə, döyüşlərdə iştirak edib, qəhrəmanlıqlara imza atıb…

İkinci Vətən Müharibəsindən sonra “Kəlbəcərin azad olmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…

Kapitan hərbi rütbəsinə yüksəlib…

Müharibədən sonrakı əməliyyatlarda, o cümlədən 2023-cü ilin lokal xarakterli antiterror əməliyyatında iştirak edib…

Sentyabrın 19-da, günorta saatlarında Çanaqçı kəndi istiqamətində ağır yaralanıb və saat 17:00 radələrində Şəhadətə ucalıb…

Şəhidliyi xəbəri isə axşam 22:30 radələrində ailəsinə bildirilib…

Nəşi bir gün sonra, 20-si axşam saatlarında Qubalıbaloğlana, evlərinə gətirilib…

21 sentyabr tarixində də nəşi öz vəsiyyətinə uyğun olaraq, Qubalıbaloğlan kənd qəbiristanlığında, anası Rəhilə xanımın məzarı yanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub…

33 yaşında Şəhadətə ucalan Şəhidimiz subay olub…

Xəlfəli həm də Qubalıbaloğlanın 14 Şəhidindən biridir.

***

Əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev isə 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Ailəsi ilə birlikdə Ramana qəsəbəsində yaşayıb…

Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar…

Evin-ailənin ikinci övladı idi…

2009-2020-ci illərdə orta məktəbdə oxuyub…

2020-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnmək istəsə də, arzusu baş tutmayıb və 2021-ci ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb…

Laçın istiqamətində qulluq edib.

Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən 2 gün öncə, 2022-ci ilin avqustun 3-də danışıb…

Avqustun 5-də isə Laçında Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, avqustun 6-da Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Samir də Şəhid QiyasXəlfəli kimi subay olub.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

12:00

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Qiyas Manafovun Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki üçüncü doğum günü, 22 yaşı təbrik olunub.

Sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha çıxışlar edilib, bir daha ruhuna dualar olunub.

Şəhidə aid videoçarx klip nümayiş etdirilib.

Xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına açılan çay-ehsan süfrəsində ailə üzvləri, doğmaları, Şəhid ailələri, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

12:42

***

FOTOLAR:

13:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev dörd ölkənin səfirinin-ETİMADNAMƏSİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Cənnətdəki altıncı doğum günündə, 46 yaşının tamamında-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ, MAYOR FƏRİD ƏLƏKBƏROVUN HƏRBİ MEMORİAL MƏZARLIQDAKI MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS TƏŞKİL OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir