Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha iki Şəhidimizin doğum günüdür.
Beyləqan rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Barat Nizami oğlu Quliyevin və əslən Xocavənd rayonundan olan Şəhid qardaşlardan Yusif Ələsgər oğlu Əhmədovun mövlududur.
Bu gün Barat Quliyevin 33 yaşı, Yusif Əhmədovun isə 35 yaşı tamam olur.
Bu, həm də Barat Quliyevin Cənnətdəki beşinci, Yusif Əhmədovun isə Cənnətdəki ikinci doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Barat Quliyev 1991-ci ilin 22 dekabr tarixində, qış fəslinin ilk günündə-Beyləqan rayonunda dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri, həm də evin sonbeşiyi olub.
Beyləqan şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra, 2010-cu ildə Əsgərliyə, Vətənin keşiyinə yollanıb.
2012-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra evinə dönüb.
Amma sonra, 2014-cü ildən həyatını yenidən Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsinin ilk saiyələrindən də döyüşlərə atılıb.
Sentyabrın 28-dən 29-na keçən gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.


Ancaq nəşi 13 gün sonra, oktyabrın 11-də ailəsinə təhvil verilib və həmin gün Beyləqan rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hazırda Beyləqan rayonunda adını daşıyan küçə var.
29 yaşında Şəhidlik məqamına ucalan Barat Quliyev həm də subay olub.
***

Şəhid qardaşlardan olan Kiçik çavuş Yusif Ələsgər oğlu Əhmədov isə 22 dekabr 1989-cu ildə Xocavənd rayonunun Günəşli kəndində anadan olub.
Ailənin dörd övladından, üç qardaşdan biri idi.
Sonra məcburi köçkün düşən Yusifgil Füzuli rayonunun Alxanlı kəndində məskunlaşıblar.
O, 1997-ci ildə Azər Quliyev adına tam orta məktəbdə birinci sinifə gedib, 2008-ci ildə orta təhsilini başa vurub.
Elə həmin il həqiqi hərbi xidmətə yollanıb, 2010-cu ildə xidmətini başa vuraraq ehtiyata buraxılıb.
2017-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb, N saylı hərbi hissədə – həmlə taborunda baş atıcı kimi xidmətə başlayıb.
26.01.2018-ci ildən 17.09.2018-ci ilədək N saylı hərbi hissədə motoatıcı manqanın komandiri, 17.09.2018-ci ildən 14.12.2019-cu ilədək N saylı hərbi hissədə kəşfiyyat manqasının kəşfiyyatçısı, 14.12.2019-cu ildən isə N saylı hərbi hissənin kəşfiyyat manqasının kəşfiyyatçısı olub.
27 sentyabr 2020-ci il tarixində 44 günlük İkinci Vətən Müharibəsinə qatılan Yusif Əhmədov Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.
Müharibədən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Peşəkar hərbçi kimi Orduda fəaliyyətə davam etdirən Yusif Əhmədov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı sentyabırın 19-u Xocalı istiqamətində qəhrəmancasına Şəhid olub.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
34 yaşında Şəhidlik məqamına ucalan Yusif eyni zamanda, ailəli olub.
4 övladı-iki qızı və iki oğlu Vətənə, ailəsinə əmanət qalıb.
Qeyd edək ki, Yusif Əhmədovun digər-hərbçi qardaşı Yasin Əhmədov da Şəhiddir.
Yasin Əhmədov İkinci Vətən Müharibəsindən az sonra mina patlayışı nəticəsində Şəhid olub.
Digər qardaşları Asif Əhmədov isə mina patlayışı zamanı ayağını itirib.
Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





