Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Lerikli, özü isə Bakılı olan Şəhid Nurəddin Burhan oğlu Mirzəzadənin doğum günüdür.
Nurəddin Mirzəzadənin bu gün-22 aprel 2026-cı il tarixində 23 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Dədə Qorqud qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar olunub.
Şəhidin Vətənpərvərliyindən, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Çıxışlarda eyni zamanda, Şəhidin ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Məktəblilər tərəfindən Şəhidə, eləcə də Vətənə həsr olinmuş şeirlər səsləndirilib.
Həmçinin, 5 saylı Peşə Liseyinin kollektivi tərəfindən Şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim olunub.
Sonra xatirə fotoları çəkdirilib.
Məzarını ziyarətdən sonra isə Şəhidin Anım Günü ilə bağlı “Nur” mərasim evində Anım məclisi düzənlənib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha ruhuna dualar edilib.
Sonda adına ehsan süfrəsi açılıb.
Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, yaxınları, Bakıdan olan Şəhid ailələri, Qazilər, din xadimləri, ziyalılar, Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Burhan Mirzəyevin iş yoldaşları, məktəblilər və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Nurəddin Mirzəzadə 22 aprel 2003-cü il tarixində Bakı şəhərində dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri idi…
Uşaq yaşlarından ən güclü futbolçulardan biri olmaq arzusu ilə yaşayıb…
2009-2018-cı illərdə 104 saylı tam orta məktəbdə 9 illik təhsil alıb…
Sonra-2018-2021-ci illərdə 3 il təhsilini Bakı Dövlət Peşə Təhsil Mərkəzində davam etdirib…
2022-ci ilin iyul ayının 13-də isə həqiqi hərbi xidmətə yollanıb…
Əvvəlcə Gəncə şəhərində, sonra isə Kəlbəcərdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib…
Kəlbəcər və Şuşada olmaq, oraları görmək arzusu ilə alışıb-yanan Şəhidimiz elə Kəlbəcərdə də Şəhid olub…
Özü də 25 noyabr Kəlbəcər şəhəri günündə, Kəlbəcərin erməni işğalından azad olunmasının ikinci ilində…
Ancaq nəşi 3 gün sonra-28 noyabr 2022-ci il tarixində Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub…
Əvvəlcə bir qədər kənarda dəfn edilən Şəhidimiz sonra-2023-cü il dekabrında digər Şəhidlərimizlə eyni məkanda Əbədiyyətə uğurlanıb…
Ondan 12 yaş böyük olan 1991-cü il təvəllüdlü qardaşı da MAXE kimi İkinci Vətən Müharibəsində iştirak edib…
Qardaşının Şəhidliyindən bir müddət sonra isə Ordudakı fəaliyyətini dayandırıb, Ordudan təxris olunub və hazırda da ailəlidir…
Hərbçi xanımı olan tək bacısı isə iki övlad sahibidir və hazırda Naxçıvan Muxtar Respulikasında yaşayır…
Eyni zamanda, Şəhidin iki əmisi oğlu-Xüsusi Təyinatlı, “Qarabağ” ordenli Zəka Mirzəyev və Qazi Şamxal Mirzəyev İkinci Vətən Müharibəsinin iştirakçılarından olublar.
Nurəddin həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
13:43
***
FOTOLAR:











15:43
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




