Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidi, əfsanəvi Xüsusi Təyinatlı, Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevin doğum günüdür.
Elyar Vəliyevin bu gün 33 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
33 yaşının tamam olması, Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün-17 oktyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Sədəfli kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhuna dualar olunacaq, “Quran” oxunacaq, çıxışlar ediləcək.
Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə-ata ocağında Anım mərasimi düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Elyar Vəliyev 1991-ci ilin 17 oktyabr tarixində Qobustan rayonunun Sədəfli kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin 5 övladından biri, evin böyük övladı olub.
1998-2007-ci illərdə orta məktəbdə oxuyub, 9 illik təhsil alıb.
O, həm də uşaq vaxtlarından idmanla məşğul olub.
2009-cu ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və o vaxtdan da həyatını Ordu, hərb ilə bağlayıb.
Xüsusi Təyinatlı, Azərbaycan Ordusunun Giziri kimi fəaliyyət göstərib.
Əfsanəvi Xüsusi Təyinatlı Aprel və Tovuz döyüşlərinin iştirakçılarından olub.
Peşəkar hərbçi, Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk saniyəsindən, ilk anlarından da döyüşlərə atılıb.
Füzuli, Cəbrayıl, Hadrut-Xocavənd istiqamətində qanlı döyüşlərdə Qəhrəmanlıq dastanı yazan Elyar Vəliyev müharibənin 23-cü günündə, oktyabrın 19-da, 29 yaşının tamamından cəmi iki gün sonra Edilli-Qırmızı Bazar istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Ancaq nəşi 5 gün sonra, oktyabr ayının 24-də Sədəfli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra İgidlik və Qəhrəmanlığına görə Ali Baş Komandan tərəfindən bir neçə medalla və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub.
Elyar Vəliyev həm də ailəli olub.
22 yaşında, 2013-cü ildə ailə həyatı quran Elyar Vəliyev 5 övlad (3-ü əkiz olub) atası idi.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 33 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az