Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Quba rayonunun Antiterror Şəhidlərindən olan Emral Vüqar oğlu Həsənovun doğum günüdür.
Emral Həsənovun bu gün 23 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günüdür.
Bu gün Emral Həsənovun Onsuz doğum günü qeyd olunacaq.
Etikxeber.az xəbər verir ki, Emral Həsənov 2002-ci ilin yanvar ayının 6-da Quba rayonunun Səbətlər kəndində dünyaya gəlib…
Atası Vüqar Həsənov Birinci Qarabağ Savaşının iştirakçılarından və veteranlarından olub…
Ailənin iki övladından, iki qardaşdan biri idi…
Atalarını 12 il öncə, 2013-cü ildə itiriblər…
Həmin vaxtdan anaları-Çiçi kəndindən olan Mətanət xanım onlara həm analıq, həm də atalıq edib…
Emral 2008-2019-cu illərdə Səbətlər kənd tam orta məktəbində oxuyub…
2020-2021-ci illərdə həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub…
Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib…
İki dəfə yüngül yaralanıb, amma döyüş yoluna davam edib…
İkinci Vətən Müharibəsindən iki ay sonra Əsgərliyini başa vuraraq, evinə-ailəsinə dönüb…
Bir müddət müxtəlif sahələrdə çalışıb, Şəhidliyindən 7 ay öncə öncə isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə (KOMANDO) MAXE kimi fəaliyyətə başlayıb…
Qardaşı, ondan 2 yaş böyük olan Rəcəb də hərbçidir, ANAMA-da fəaliyyət göstərir…
Emral 2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli anterror tədbirləri zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Səbətlərin ümumilikdə beşinci Şəhidi olan Emralın nəşi sentyabrın 22-də kənd qəbiristanlığında Əbədiyyətə uğuralanıb…
O, İkinci Vətən Müharibəsindən sonra iki medalla-“Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…
Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
Emral həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 23 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az