“Bu gün çoxları gözünü pensiyaya dikib…” – ƏLİ MƏSİMLİ – YENILƏNİB

“Qadınların pensiya yaş həddi ən yaxşı 62 və ya 63-ə qaldırılsın” 

“65 yaş məsələsi cəmiyyətdə çox ciddi müzakirə olunur. Bu gün təklif olunan layihədə yaş həddinin bərabərləşdirilməsi nəzərdə tutulur”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin növbəti plenar iclasında  “Əmək pensiyaları haqqında”qanuna dəyişikliyə münasibət bildirərkən deyib.

“Əhalinin elə bir kateqoriyası var ki, onlar yaşa görə pensiyaya çıxmaqda maraqlı deyillər. Onlar daha çox yaş müddətinin olmasını istəyirlər. Amma bəziləri də daha erkən pensiyaya çıxmaq məsələsini dəstəkləyirlər. Bu baxımdan, hansı ideal variantın tapılması çox mürəkkəb məsələdir. Ona görə də bu məsələnin tərəfdar və əleyhdarı olacaq. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin aztəminatlı hissəsinə daha az zərər gəlməsi prinsipini əsas götürüb”-deyə, deputat əlavə edib.

F.Mustafa pensiya yaşının artırılmasının əsl səbəbindən də bəhs edib:

“Büdcədə neft vəsaitləri az olduğuna görə, dövlət bu yükü üzərinə götürə bilmir. Özəl sektor isə bu yükü qarşılamağa hazır deyil. Yaponiyada, Almaniyada 67 yaşdır, yəni bizdən çoxdur. Sadəcə, orada məşğulluq alternativləri genişdir. Bizdə bu alternativ olmadığına görə insanlar bunu həyəcanla qarşılayır.

Digər tərəfdən bizdə orta ömür həddi 70-in altındadır, bir çox insanlar müalicə olunmaq imkanından məhrumdurlar. Xüsusən də, pensiyaçı insanların müəyyən problemləri var. Özünüz fikirləşin, hansısa xəstəliklə bağlı müayinə olunmaq 140-160 manatdır. Deməli, bir təqaüdçü öz pensiyası ilə yalnız bir dəfə müayinə olunmaq imkanına malik olacaq. Müalicə xərcləri çox bahadır. Daha çox inkişaf etmiş ölkələrdə tibbi sığortaya görə orta ömür yaşı yüksəkdir”.

Millət vəkili Əli Məsimli  dəyişikliklərdə bəzi narahatlıq doğuran məsələlərin olduğunu bildirib.

O, təklif edib ki, qadınların pensiya yaş həddi ən yaxşı 62 və ya 63-ə qaldırılsın:

“Çünki bu gün çoxları gözünü pensiya puluna dikib…”

***

Deputat Xanhüseyn Kazımlı da qadınların pensiya yaş həddinin 65 yaş tutulmasını bir o qədər düzgün saymayıb:

“Mən qadınların pensiya yaş həddinin kişilərin pensiya yaş həddinə bərabər tutulmasından narahatam…”

Müzakirələr davam edir.

Etikxeber.az

Read Previous

Mobil rabitə xidmətləri üzrə lisenziyalar müddətli veriləcək

Read Next

Əmək pensiyaları ilə bağlı qalmaqallı qanun layihəsi qəbul olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir