“…Bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq” – DEPUTAT

Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam hissinin rəmzi olan Aprel hadisələri bir daha bütün dünyaya Azərbaycanın qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağını bəyan etdi.

Etikxeber.az xəbər verir ki, bu sözləri deputat Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman Azərbaycan əsgərlərinin gücünü, qüdrətini bir daha nümayiş etdirdi.

“Basılmaz Azərbaycan Ordusu 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda əks-həmlə ilə təxribatların qarşısını aldı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Silahlı Qüvvələrimizin döyüşcülərinin qəhrəmanlığı, igidliyi sayəsində mənfur qonşularımızın öz orduları haqqında yaratdıqları mif alt-üst edildi. Azərbaycan Ordusu döyüşçülərinin sücayəti qarşısında düşmən öz məqsədlərinə nali ola bilmədi. Onların planları baş tutmadı. Düşmənin atəş nöqtələrinə və artireliya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Ordusu xeyli irəlilədi. Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində asıldı”. 

Deputatın sözlərin görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar işğalçı Ermənistan rəhbərliyinin iç üzünü beynəlxalq ictimaiyyətə tanıtdı.

ILYA_HARBI

“Ermənistanın işğalçı siyasəti icə dövlətini, xalqını çətin vəziyyətə saldı, ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qaldı. Dövlət Başçımızın Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi. Azərbaycana vurulan zərbələrə, xainliklərə baxmayaraq Prezident İlham Əliyev naxələf qonşulara böhrandan çıxmağın yolunu göstərərək qeyd edib ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır”.

 P. Kərimzadə deyib ki, Ermənistan rəhbərliyi isə ölkədə baş alıb gedən sosial –iqtisadi böhrandan xalqı yayındırmaq məqsədi ilə çirkin əməllərindən əl çəkmək istəmir:

“Aprel döyüşlərindən sonra – may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada keçirilən görüşdə razılığın əldə edilməsinə baxmayaraq erməni silahlı qüvvələri dinc sakinləri qəsdən öldürmək, vətəndaşların əmlakını, təsərrüfatını, yaşayış infrastrukturunu məhf etmək məqsədi ilə Tərtərin Əskipara kəndinin ərazisinə tərkibi zəhərli, kimyəvi maddə olan top mərmisindən atəşə tutdu. Bu mərmi Azərbaycan Respublikasının da tərəfdar çıxdığı kimyəvi silahların tətbiq edilməsinin qadağan edilməsi barədə Cenevrə konvensiyasının 3-cü əlavəsi ilə qadağan olunmuşdur. Qadağan olunmuş silah 11 may 2016-cı il tarixdə xarici dövlətlərin nümayəndələri və medianın kənardan müşahidəsi ilə zərərləşdirildi. Bu fakt üzrə hərbi prokurorluqda cinayət işi açılıb. Ermənilərin növbəti beynəlxalq cinayəti nəticəsində ətraf mühitə küllü miqdarda ziyan dəydi.

Lakin cinayətkar Ermənistan rəhbərliyi unudur ki, Azərbaycanın qazandığı uğurlar, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, Azərbaycan Ordusunun güclənməsi, digər tərəfdən isə Ermənistanın regionda gedən siyasi proselərdən kənarda qalması tezliklə üçrəngli bayrağımızının Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağından xəbər verir.Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq”.

Etikxeber.az

Read Previous

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək – MOSKVADA

Read Next

Əliyev “Bakı-Tbilisi-Qars”-da hərəkət edəcək sərnişin qatarı ilə tanış oldu – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir