Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ildir-YENİLƏNİB – FOTO

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.

Etikxeber.az-ın məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla da, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsinə başlanılıb.

Bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması isə 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutub.

O vaxtdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq bayram edilir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın bir çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı.

Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.

Paylaşımı təqdim edirik:

“Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

Etikxeber.az

Read Previous

Sabah-1 yanvar 2025-ci il tarixində Cənnətdəki doğum günləri olan İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror əməliyyatı Şəhidləri-TƏK ÖVLADLAR RAMAL MƏMMƏDOVLA AĞAMİ ƏLİŞANOV, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ SƏXAVƏT TALIBZADƏ, SUBAY SƏFİYAR MƏMMƏDOV, QIZI İLƏ EYNİ GÜNDƏ DÜNYAYA GƏLƏN RAMİL RƏHİMOV… – FOTOLAR

Read Next

Ali-hərbi təhsilli, peşəkar hərbçi, Baş leytenant, ailənin tək oğlu, bir qız övladı Vətənə əmanət qalan, Yeni ilin ilk günündə Cənnətdəki ikinci doğum günü olan İkinci Vətən Müharibəsi iştirakçısı-GƏNCƏLİ ANTİTERROR ŞƏHİDİ KƏRƏM HƏSƏNOVUN HƏYAT HEKAYƏTİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir