“Bu gün Milli Məclisə seçilməyən insanlar fərqli çıxışlar edirlər, halbuki buraya seçiləndə tamamilə başqa şey danışırdılar”-SİYAVUŞ NOVRUZOV – YENİLƏNİB

Dünən Prezident İlham Əliyev koronavirusla əlaqədar çox ciddi məsələlər qaldırdı. Birinci vitse-prezident Mehriban Əliyeva da dünən xalqa yenidən müraciət etdi”.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

Komitə sədri bildirib ki, xaricdə oturan və daxildə Ermənistanın səfiri vəzifəsini yerinə yetirən qüvvələr Azərbaycana qarşı yeni qarayaxma kampaniyasına başlayıblar:

“İndi də iddia edirlər ki, sms vasitəsilə icazə müxalifəti izləmək üçün tətbiq olunur. Bütün dünyada bu gün bu təcrübədən istifadə edirlər. Onlar bu gün aşağı səviyyədə olmaqla yanaşı, iddia edirlər ki, vətəndaşların hüquqları pozulur. Bu gün Milli Məclisə seçilməyən insanlar fərqli çıxışlar edirlər. Halbuki buraya seçiləndə tamamilə başqa şey danışırdılar. Məsələn, Gürcüstanda sms qaydasını pozanlar 1000 lari cərimə olunur. Amma bu şəxslər iddia edirlər ki, Gürcüstanda demokratiya çiçək açıb, hətta çiçəyi yığıb-yığışdırmaq mümkün deyil. Ona görə də təklif edirəm ki, xalqı çaşdırmağa xidmət edən, dövlət əleyhinə yönələn informasiyalara görə ciddi ölçü götürülsün. Cəmil Həsənli “Facebook” səhifəsində arxivlərin açılması ilə bağlı məsələ qaldırıb. 1992-ci il arxivlərinin açılması ilə bağlı məsələ qaldırılanda buna imkan vermədilər. İndi Cəmil Həsənli 1992-ci ilə, 1993-cü ilə toxunmur, 1994-cü ilin arxivlərinin açılması ilə bağlı məsələ qaldırır. Sual olunur ki, bu gün Cəmil Həsənli hansı ölkənin kəşfiyyatına işləyir? Onun “Facebook” profilində bu suala cavab tapmaq olar”.

***

“Cəmil Həsənli üçün bütün dəyər mənasızdır”.

Bunu isə MM-in komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev həmin şəxs deputat seçilərkən AXCP sıralardan istefa verib:

“O, məhz mandat üçün bunu etdi”. 

Q. Həsənquliyev eyni zamanda, həmkarları Cavid Osmanov və S. Novruzova işğal olunmuş torpaqlar, Şuşanın işğalı ilə bağlı məsələlərdə fikir bildirərkən ehtiyatlı olmağa çağırıb.

MM-in İnsan hüquqları komitəsinin sədri Z. Oruc da çıxışında C. Həsənlini tənqid və ittiham edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentdə qalmaqal-SABİR RÜSTƏMXANLIDAN SİYAVUŞ NOVRUZOV VƏ CAVİD OSMANOVA ETİRAZ – YENİLƏNİB

Read Next

Bir sıra qanunlara-DƏYİŞİKLİKLƏR EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir