Bu gün Milli Məclis öz işini başa vuracaq?

Bu gün Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 28 məsələ daxildir.

Qeyd edək ki, bu gün növbədənkənar sessiyanın öz işini başa vurması, ayın 15-dən isə millət vəkillərinin yay tətilinə-məzuniyyətə çıxması gözlənilir.

Amma qanun layihələrinin çoxluğu və davamlı olması nəzərə alınaraq, daha bir iclasın da keçirilməsi ehtimalı var.

Hər halda bu gün sessiyanın başa çatıb-çatmayacağı məlum olacaq.

Parlamentin növbəti-payız sessiyasına gəlincə, o, oktyabrın 1-də başlayacaq.

Sentyabrın 15-dən isə payız sessiyası ilə əlaqadər komitələr öz iclaslarına start verəcəklər.

meclis-oqtay-1

Bu sessiyada daha çox 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr yer tutacaq.

Hökumət üzvlərinin də qatılacağı komitə və plenar iclaslarından sonra 2020-ci ilin dövlət büdcəsi qəbul olunacaq və dövlət başçısı tərəfindən təsdiqlənəcək.

Həmçinin, payız sessiyasında ali təhsillə, pasiyentlərin və tibbi işçilərinin hüquqları, insan orqan və toxumalarının transplantasiyası ilə, turizmlə bağlı yeni qanun layihələrinin müzakirələrə çıxarılması gözlənilir.

Sessiya öz işini dekabrın sonlarında başa vuracaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Deputatdan bahalaşma ilə iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə – MÜRACİƏT

Read Next

“Sumqayıt” daha iki futbolçu ilə üçillik müqavilə imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir