Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün 6-cı çağırış Milli Məclisin (MM) növbəti-6-cı plenar iclası keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, iclasda 24 məsələ müzakirə olunacaq.
Əsas müzakirə mövzusu isə bələdiyyələrin illik hesabatı ilə bağlı Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məruzəsi olacaq.
Hesabat məruzəsinin dinlənilməsindən sonra müzakirələrə başlanılacaq və sonda da hesabat səsverməyə çıxarılaraq, təsdiqlənəcək.
İclasa 65 yaşdan yuxarı olan millət vəkillərinin də qatılması gözlənilir.
Millət vəkilləri yenə də əlcəklərdən və tibbi maskalardan istifadə etməli olacaqlar.
Həmçinin, millət vəkilləri bir-birindən iki metr aralıda əyləşəcəklər.

Etikxeber.az





