Bu gün Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi-ƏRZUMAN OSMANOVUN ANIM GÜNÜDÜR…

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ərzuman Osmanovun Anım Günüdür.

Bu gün Ərzuman Osmanovun torpağa tapşırılmasından üç il keçir.

Etikxeber.az-ın xəbırinə görə, Ərzuman Kamran oğlu Osmanov 1990-cı ilin dekabr ayının 25-də dünyaya gəlib.

Ailənin dörd övladından biri olub.

O, həm də subay idi.

1997-2008-ci illərNizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. 

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Və ağır döyüşlərdən birində-oktyabrın 1-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi uzun müddət tapılmayıb, yalınız 69 gündən sonra ailəsinə təhvil verilib və 2020-ci ilin dekabr ayının 10-da, 30 yaşının tamam olmasına 15 gün qalmış Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə-ZƏNG ETDİ

Read Next

Bir övladı Vətənə əmanət qalan-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FARİZ ŞIXALIYEVİN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 36 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir