Mingəçevirdə-“ŞƏHİDLƏR BULAĞI”NIN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün Mingəçevir şəhərində “Şəhidlər bulağı”nın açılış mərasimi keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, “Şəhidlər bulağı” Mingəçevirdən olan Şəhid qardaşlar-Musa Tural Həsənovların əziz xatirəsinə ehtiram əlaməti olaraq, inşa edilib.

“Şəhidlər bulağı”nın təşəbbüskarı və təşkilatçısı isə Şəhid qardaşların valideynləri-Nəhayət Tapdıq Həsənovlardır.

Açılışda Tural və Musa Həsənovların vaxtilə yaşadığı binanın sakinləri, Şəhid ailələri, şəhər ziyalılıarı və digərləri iştirak edəcəklər.

Açılış saat 12:30-13:00 radələrində baş tutacaq.

Qeyd edək ki, Şəhid qardaşların hər ikisi İkinci Vətən Müharibəsində Şəhidlik məqamına uclalıblar.

Musa Həsənov noyabrın 5-də, Tural Həsənov ölümündən 69 gün sonra, dekabrın 9-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediblər.

Musa Həsənovun iki qız, Tural Həsənovun isə iki oğul övladı Vətənə əmanət qalıb.

Allah rəhmət etsin!

08:45

***

Saat 13:00-da “Şəhidlər bulağı”nın açılış mərasimi keçirilib.

“Şəhidlər bulağı”nın qırmızı lentini Şəhid Tural və Musa Həsənovların anası Nəhayət Həsənbova ilə Asim bəy kəsiblər.

Qeyd edək ki, “Şəhidlər bulağı”nın maliyyə xərclərini iş adamı Asim bəy çəkib.

O, Şəhid Musa Həsənovun iş yoldaşı, müdiri olub.

Açılış mərasimi zamanı çıxış edən Nəhayət Həsənova özü və ailəsi adından həm Asim bəyə, həm də açılış mərasiminə gələnlərə minnətdarlıq edib.

Asim bəy isə Musa ilə təkcə iş yoldaşı yox, həm də əsl dost, qardaş olduqlarını bildirib.

Açılış mərasimi zamanı sonra Şəhid anaları, Qazilər, din xadimləri, məktəblilər çıxış ediblər.

Məktəblilər Şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Açılışa qatılanlar arasında hər zaman Şəhid ailərinin yanında olan Mingəçevir şəhər 10 saylı məktəbin-rus bölməsinin təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma Baxışova da olub.

Tədbir bir saatdan çox çəkib.

Şəhər rəhbərliyindən, İcra Hakimiyyətindən isə təəssüflər olsun ki, heç kim açılış mərasimində iştirak etməyib…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Çatışmazlıqlar çoxdur və…”-İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin və VİDEOFORMATDA QƏBUL ETDİ – FOTOLAR

Read Next

Daha 1099 yeni yoluxma-DAHA 34 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir