Bu gün mövludu, 34 yaşı tamam olan-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RAMİL BABAYEV…

Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baş leytenant Ramil Taqət oğlu Babayevin doğum günüdür.

Bu gün-12 dekabr 2025-ci il tarixində Ramil Babayevin 34 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci, əslində isə altıncı doğum günüdür.

Etikxeber.az-ın xəbərinə görə, 1991-ci ilin dekabr ayının 12-də dünyaya gələn Ramil Babayev evin-ailənin dörd övladından biri idi.

Ailədə 2 qardaş, 2 bacı olublar.

Tək qardaşı Röyalbacıları ailəlidir.

O, 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb.

Əvvəlçə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib, sonra Hərbi Akademiyaya (Heydər Əliyev adına Ali Hərbi Məktəbə) daxil olub və oranı başa vurub.

2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.

Baş leytenant (Kapitan) hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istiqamətində döyüşlərdə olub və müharibənin 3-cü günündə, sentyabrın 29-da Şəhadətinə qovuşub.

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub.

2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif olunub.

Ramil Babayev həm də ailəli, iki övlad-bir qız və bir oğlan atası olub.

Ad və soyadını daşıyan oğlu-balaca Ramil Babazadə Şəhidin dəfnindən 14 gün öncə dünyaya gəlib.

Qızı Mədinə bu il orta məktəbdə-birinci sinifdə oxuyur.

Həmçinin, İkinci Vətən Müharibəsində Ramil Babayevin iki tələbə, iki otaq yoldaşı və iki dostu – Şabranlı Tərlan, İmişlili Cavid də Şəhid olub, Şəhidlik məqamına ucalıblar.

Adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki beşinci (altıncı) doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Həm Şəhid balam, həm ikinci oğlum, həm də özüm Vətənin müdafiəsində dayanmışıq…”-11 DEKABR 2025-Cİ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ, 24 YAŞI TAMAM OLAN QOBUSTANLI ANTİTERROR ŞƏHİD VÜSAL ŞƏHRİYAROVUN ATASI TƏBİYYƏT ŞƏHRİYAROV – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyevin məzarını-ZİYARƏT ETDİLƏR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir