Bu gün mövludu, 45 yaşı tamam olan Bərdəli-“Qarabağ” ordenli Mehman Qəmbərov VƏ CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜ, 25 YAŞI TAMAM, TOYUNA GÜNLƏR QALMIŞ ŞƏHİD OLAN TƏK OĞUL-ZAQATALALI TURAN MƏHƏRRƏMOV… – FOTOLAR

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Mehman Nəriman oğlu Qəmbərov və Zaqatalalı Turan Tərlan oğlu Məhərrəmovun doğum günüdür.

Sabah-27 may 2026-cl il tarixində Mehman Qəmbərovun 45, Turan Məhərrəmovun 25 yaşı tamam olur.

Mehman Qəmbərovun Cənnətdəki altıncı, Turan Məhərrəmovun isə Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 27 may 1981-ci il təvəllüdlü və ailədə üç övlad- iki qardaş, bir bacı olan Mehman Qəmbərovgil əslən Ağdam rayonunun Maqsudlu kəndindəndirlər.

1993-cü ildən, Ağdamın işğalından sonra Bərdəyə, Qarağacı kəndinə pənah gətiriblər.

Köçkün düşən vaxt 5-ci sinifdə oxuyan Mehman Vətən torpaqları, doğma Ağdamı işğalda olduğu üçün hərb sənətini seçməli olub.

Ali təhsilli, peşəkar hərbçi olan Mehman Qəmbərov  polkovnik-leytenant qədər rütbəsinə yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb və döyüşlərin 4-cü günündə, sentyabrın 30-da Füzuli istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.

Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi, dörd bacının tək qardaşı Əli Əvəz oğlu Məmmədovun valideynləri ilə Mehman Qəmbərovun məzarını ziyarət…26.05.2026…

Nəşi bir gün sonra, oktyabr ayının 1-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.

Şəhidliyindən bir müddət sonra isə atası Nəriman kişi dünyasını dəyişib.

Mehman Qəmbərov həm də ailəli olub.

İki övladı-bir oğlu və bir qızı Vətənə əmanət qalıb.

Ailəsi hazırda Bakı şəhərində yaşayır.

Bərdədə adını daşıyan küçə var.

***

Turan Məhərrəmov isə 2001-ci ilin 27 may tarixində Zaqatalanın Qımır kəndində dünyaya gəlib.

Ailənin 4 övladından biri, evin tək oğlu, 3 bacının tək qardaşı olub.

2007-2018-ci illərdə orta məktəbdə oxuyub.

Uşaq vaxtlarından idmanla məşğul olub.

2018-ci ildə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş açıq kubokda 2-ci yerə layiq görülüb.

2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb, Xüsusi Təyinanlı olub.

Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Cəbrayıldan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.

Müharibədən sonra 6 medalla təltif olunub.

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda Xüsusi Təyinatlı-MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

2022-ci ilin sentyabr ayında-“Qisas” əməliyyatı zamanı isə Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ayın 13-də Şəhid olan Turanın nəşi iki gün sonra, 15 sentyabr tarixində Qımır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra, 5 noyabr 2022-ci il tarixində 3-cü dərəcəli “Rəşadət” ordeni və daha bir medalla-“Vətən uğrunda” medalı ilə təltif olunub.

21 yaşında Şəhidlik məqamına ucalan Turan həm də nişanlı idi, öz kəndlərindən olan Sayıb adlı qızla nişanlanmışdı…

Şəhid olmasaydı, 2022-ci ilin oktyabr ayının 9-da toyu olacaqdı…

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır…”-İLHAM ƏLİYEVLƏ MƏSUD PEZEŞKİAN ARASINDA TELEFON DANIŞIĞI OLDU

Read Next

Azərbaycanda Qurban bayramı-QEYD EDİLİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir