Bu gün Onun günüdür-hamının sevimlisi olan Səbinə Mehdiyevanın! SEVDİKLƏRİ, SEVƏNLƏRİ YENƏ ONUN İŞIĞINA, ONUN BAŞINA YIĞIŞIB… – FOTOLAR – YENİLƏNİB – (2)

Tanınmış telejurnalist, Şəhid və Qazi məclislərinin, tədbirlərinin aparıcısı, sözü, qələmi, paylaşımları, süjetləri, reportajları ilə daim Şəhid ailələrinin və Qazilərin yanında olan Səbinə xanımın, Səbinə Mehdiyevanın doğum günüdür bu gün…

Düzünü deyim, qeyd edim ki, bu gün neçə yaşının tamam, neçə yaşına qədəm qoyduğunu da bilmirəm, soruşmağı da etik saymıram…

3 ilə yaxındır tanıyıram, necə görmüşəm, elədir, heç dəyişməyib, həmişəki kimi gözəl, şux, deyib-gülən, gənclik əhval-ruhiyyəli, optimist…

Qayğıkeş, diqqətcil, sadiq, sədaqətli, etibarlı, əli, ürəyi açıq…

Və həm də yaşadığı mənəvi çətinliklərə, sıxıntılara rəğmən…

Onu əvvəl bir həmkar kimi tanıdım, bəzən bir-birimizi “sancdıq” da, ancaq getdikcə doğmalaşdıq, əzizləşdik, aramızda dostluq, qardaş-bacı münasibətləri yarandı…

Bir-birimizin dərd (Allah dərdlərdən uzaq etsin!) sirdaşı, ortağı olduq…

Necə deyərlər, bərabər yürüdük bu yollarda…

***

Bu gün Onun-bu əziz İnsanın ən gözəl, ən özəl, ən əlamətdar günüdür, günlərindən biridir…

Növbəti yaşına qədəm qoyur…

Qədəmləri sayalı, düşərli olsun!

Bu əziz-əlamətdar günündə yenə də sevənlərini, sevdiklərini, doğma bildiklərini, dost-tanışlarını, Şəhid analarını, Qaziləri (təbii ki, bir qismini)…başına toplayıb, cəm edib…

Bu gün Onun günüdür…

Bu gün yenə də Onun işığına, başına yığışmışıq, toplaşmışıq…

“Niaqara” şadlıq sarayında növbəti doğum günü qeyd edir, birlikdə qeyd edirik…

Şəninə xoş, ürəkdən gələn səmimi sözlər, təbriklər söylənilir, dilə gətirilir…

Hər kəs Onu təbrik edir, xoşbəxtlik arzulayır, neçə-neçə gözəl illərə çıxmasını diləyir…

Gözəl musiqilərin, şən mahnıların sədaları altında gözəl rəqslər ifa edilir…

Və təbii ki, ən gözəl rəqs də səbəbkarın özünə məxsusdur…

Doğum günün mübarək olsun, əziz İnsan!

Sağlıqlı, huzurlu 100 il ömür yaşayasan!

Allah bir balanı xoşbəxt etsin, Səni ona, onu Sənə çox görməsin!

Yaxşı ki, varsan, yaxşı ki, bizim Səbinəsən!

Doğum günün bir daha və bir daha mübarək!

19:30

***

FOTOLAR:

23:00

***

FƏXRİMİZ, QÜRURUMUZ OLAN İNSANLAR…ŞƏHİD ANALARI-QƏHRƏMAN ANALAR…VƏTƏN SEVDALISI İGİDLƏRİMİZ, QAZİLƏRİMİZ…ŞƏHİD ANASI MƏLAHƏT ANA, ŞƏHİD ANASI LALƏ ANA, ŞƏHİD XALASI SÜCAƏT XANIM…VƏTƏN YOLUNDA SAĞLAMLIQLARINDAN KEÇMİŞ QAZİLƏRİMİZ-VASİF, RÜFƏT VƏ FƏRİD…VƏ ƏFSANƏVİ QƏHRƏMANIMIZ-ŞƏHİD, “VƏTƏN MÜHARİBƏSİ” QƏHRƏMANI ANAR ƏLİYEVİN VƏTƏNƏ ƏMANƏT BALASI ƏLİ…

23:20

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu şəxslərə fövqəladə və səlahiyyətli səfir-RÜTBƏSİ VERİLDİ – SƏRƏNCAM

Read Next

İkinci Vətən Müharibəsi Qazisi Amid Bayramov ölkə rəhbərliyinə müracət etdi: “İSTƏYİRƏM Kİ, HAQQIM OLAN “CƏSUR DÖYÜŞÇÜ” MEDALI İLƏ TƏLTİF OLUNUM, EYNİ ZAMANDA…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir