Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəxsən mənim üçün insanların vəzifəsi, titulu, sosial və siyasi mənsubiyyəti, hansı düşərgənin təmsilçisi, keçmişdə və indidə olması…heç zaman heç bir önəm daşımayıb…
Heç zaman belə şeylərin arxasınca düşməmişəm…
Məni yaxından tanıyanlar da bunu-bunları yaxşı bilir…
Mənim üçün hər zaman insanların İnsanlığı, Şəxsiyyəti, Milli-mənəvi Dəyərlərə, Soy-kökə bağlılığı, millətçiliyi deyil, Milliliyi önəm kəsb edib.
Hər zaman belə İnsanların-bu keyfiyyət, bu xarakter sahiblərinin yanında, bəzən də təbliğatçısı olmuşam.
Kimsənin nə deməsindən, necə düşünməsindən də asılı olmayaraq…
Hər zaman öz mövqeyim, öz baxışım, öz fikrim olub və axıracan da öz fikrimin, öz mövqeyimin, öz baxışımın üzərində dayanmışam, nəyəsə görə də geri çəkilməmişəm, sifət dəyişdirməmişəm…
Haqqında bəhs edəcəyim İnsan da məhz belə İnsanlardandır…
O, hər zaman İnsanlığına, Şəxsiyyətinə böyük hörmət və ehtiram göstərdiyim, hətta özümə çox doğma, çox əziz bildiyim, ailə üzvlərimdən biri saydığım Jalə Xanım Əliyevadır…
Bəli, Jalə Fazil qızı Əliyeva…
Sözün həqiqi və əsl mənasında böyük şairimiz olan mərhum Nurəngiz Günün əmanəti Jalə Əliyeva…
Onu-Jalə xanımı da aşağı-yuxarı, əyani-qiyabi 25 ildən çoxdur tanıyaram…
Hələ Türkiyə səfirliyində işlədiyi, o cümlədən Millət vəkili seçildiyi ilk dönəmlərdən…
Daha çox da 2009-2010-cu illərdən…
Açıq və səmimi şəkildə deyim ki, ilk vaxtlar mənə bir qədər eqolu, soyuqqanlı, özündənrazı təsiri bağışlayırdı…
Amma onunla yaxından tanış, onunla həmsöhbət olduqdan sonra fikirlərim büsbütün dəyişdi…
Jalə xanımın olduqca səmimi, sadə, mehriban, diqqətcil, kövrək qəlbli, məhrəmətli bir İnsan olduğunu gördüm, kəşf etdim…
Həmin vaxtdan isə gözümdə daha da Ucaldı, Ona olan hörmətim daha da artdı…
Bəli, 2005-ci ildən bu yana Jalə xanım son beş çağırış Milli Məclisin üzvüdür…
Əsasən ata tərəfdən bağlı olduğu Zərdabı, qismən də Ucar və Kürdəmiri Milli Məclisdə təmsil edir…
Tam səmimiyyətimlə deyərdim ki, hər zaman da fəallığı, aktivliyi ilə seçilən, fərqlənən Millət vəkillərindən olub və bu gün də belədir…
İstər komitə iclaslarında, istər plenar iclaslarda, istər büdcə müzakirələrində, istərsə Hökumətin illik hesabatlarında hər zaman seçicilərini maraqlandıran, narahat edən məsələləri dilə gətirib, onların həllinə çalışıb, cəhd göstərib…
Jalə xanım həm də əsl Şəhidsevər Millət vəkilidir…
Hər zaman təmsil etdiyi rayonun, bölgənin Şəhid ailələrinin, Qazilərin yanında olub, bu gün də yanlarındadır…
Özü də reklam, göstəri xatirinə yox…
İkinci Vətən Müharibəsinin, Vətən, Qarabağ Savaşının odlu-alovlu günlərində Jalə xanımın efirdən necə ürək yanğısı ilə göz yaşları axıtması hələ də gözlərimin önündən getməyib…
O həmin vaxt Millət vəkili, Siyasətçi kimi yox, bir Ana, bir Azərbaycan Qızı, bir Azərbaycan Xanımı, bir Türk Qızı kimi Şəhidlərimiz, Qazilərimiz üçün göz yaşları tökürdü…
Və həmin an Jalə Xanım mənim üçün Ucadan da ucaya Ucaldı…
***
Jalə xanım, Onun fəaliyyəti haqqında çox danışmaq, çox məqamları qeyd etmək olar…
Amma elə bilirəm ki, görünən dağa çox da bələdçi lazım deyil…
Hər şey ortadadır…
Və bu gün Jalə Xanımın Günüdür…
Bu gün Onun günüdür…
Bu gün Jalə Xanımın doğum günü, özü də yubiley doğum günüdür…
Altıncı dekadasını başa vurur…
Günü də, yaşı da, yubileyi də mübarək və düşərli olsun!
Yüz yaş və sağlam, huzurlu yaşasın tək qız övladı və gözəl nəvələri ilə birlikdə!
Doğum günü bir daha mübarək olsun!
Allah qorusun!
Böyük sayğılarla,
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri





