Beynəlxalq münasibətlər komitəsinin iclası-SEYİDOV KOMİTƏ ÜZVLƏRİNİ FƏALLIĞA ÇAĞIRDI, MOLLAZADƏ SƏFİRLƏRLƏ GÖRÜŞLƏRİN, MUSABƏYOV QAPALI DİNLƏMƏNİN KEÇİRİLMƏSİNİ TƏKLİF ETDİ, RÜSTƏMXANLI BƏZİ SƏFİRLƏRDƏN ŞİKAYƏTLƏNDİ – YENİLƏNİB – (6)

Bu gün Milli Məclisin (MM) daha bir komitəsinin-Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 6-cı çağırışda ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, saat 16:00-da başlayacaq iclasa komitənin rəhbəri Səməd Seyidov sədrlik edəcək.

İclasda komitənin yaz sessiyasında qanunvericilik işləri planı və digər məsələlər müzakirə olunacaq, komitə üzvləri öz fikir və təkliflərini bildirəcəklər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri:

Sahib Alıyev, Nigar Arpadari, kamran Bayramov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Ramil Həsən, Azər Kərimli, Nəsib Məhəməliyev, Ramin Məmmədov, Sevil Mikayılova, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirli, Sabir Rüstəmxanlı.

***

Komitənin iclası öz işinə başlayıb.

Komitə iclasına S. Seyidov sədrlik edir.

***

S. Seyidov komitə üzvlərinin sayının çox və hələ də komitəyə üzv olmaq istəyənlərin olduğunu bildirib:

“Bizim komitə tərkibinə, üzvlərinin sayına görə, MM-in ən böyük komitələrindəndir. Bununla belə, komitəmizə üzv olmaq istəyənlər, müraciət edənlər var. Biz də kimsənin arzusunun, istəyinin əlehyinə ola bilmərik və bu baxımdan, komitəmizin üzvlərinin sayı bir qədər də arta bilər”.

Sonra komitə üzvlərinin tanışlığı başlayıb.

Qeyd edək ki, komitə üzvlərindən Nigar Arpadarai səhhəti ilə bağlı komitə iclasına qatıla bilməyib.

***

N. Arparadari sonradan iclasa qatılıb.

***

Sonra S. Seyidov komitə üzvlərini öz fəaliyyətlərini ölkə Prezidentinin MM-dəki çıxışında səsləndirdiyi tövsiyələrə uyğun olaraq, qurmağa çağırıb:

“Xüsusilə də, Qarabağ problemi, Xocalı soyqrımının tannması ilə bağlı işin gücləndirilməsi lazımdır. Bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz daha fəal olmalı, daha çox iş aparmalıdırlar. Heç bir sövdələşmə olmamalıdır”.

***

“Mübarizə, savaş təkcə səngərdə getmir, həm də diplomatik müstəvidə, informasiya müstəvisindəgedir. Odur ki, komitənin iş planında Qarabağ məsələsi, Xocalı soyqırım ilə bağlı məsələnin və bu istiqamətdə işin gücləndirilməsinin nəzərdə tutulması çox mühüm hadisədir”.

Bunu millət vəkili Asim Mollazadə deyib.

O, həmçinin deyib ki, komitənin üzvləri ilə Azərbaycanın diplomatik korpusunun təmsilçilərinin, səfirlərin görüşləri və dinləmələri təşkil olunsun.

Komitə sədri də millət vəkilinin təklifini dəstəklədiyini bildirib.

***

Millət vəkili Rasim Musabəyov komitədə Qarabağ danışıqlarının vəziyyəti ilə bağlı qapalı dinləmənin keçirilməsini təklif edib.

“Bu iclasa Xarici İşlər Nazirliyinin rəhbər, məsul şəxsləri dəvət olunsun və onlarla məsələ ətrafında müzakirələr, fikir mübadiləsi aparılsın”.

***

Millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanın bəzi diplomatlarından, səfirlərindən narazılığını ifadə edib:

“Bizim bəzi ölkələrdəki səfirlərimizin səviyyəsi təəssüf doğurur. Onlarla görüşəndə xarici dil bilmədiyi, Azərbaycanın tarixindən xəbərdar olmadığı üzə çıxır. Onların səviyyəsi Azərbaycanın maraqlarından qat-qat aşağı səviyyədədir. Bu, çox böyük təəssüf doğurur…”.

Etikxeber.az

Read Previous

“Ermənistanla həmsərhəd olan ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə baxılsın”- ARZU NAĞIYEV

Read Next

Gigiyena və karantin rejimlərini pozanlar-CİDDİ CƏRİMƏLƏNƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir