Bu gün parlamentin tarixində ilk yaşandı…

Milli Məclisin (MM) tarixində ilk yaşanıb.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, bu gündən (hələlik komitə iclaslarında) yeni qanun layihələri ilə yanaşı, qanunlara dəyişikliklər də birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, indiyənə kimi yalnız yeni qanun layihələri üç oxunuşdan keçirilərək, qəbul  olunurdusa, payız sessiyasının plenar iclaslarından etibarən qanunlara dəyişiklikləri də nəzərdə tutan qanunvericilik aktları  da üç oxunuşdan keçirilərək, qəbul ediləcəklər.

Onu da qeyd edək ki, bu ilkə ilk öncə akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi MM-in İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsi atıb.

202

Komitənin bu gün keçirilən iclasının gündəliyinə 18 məsələ daxil edilib ki, onlardan 17-si qanunlara və Məcəllələrə dəyişiklikləri nəzərdə qanun layihələridir.

Xatırladaq ki, Vergi, Gömrük, Mülki məcələlərə dəyişiklikləri nəzərdə tutan qanun layihələri qısa şəkildə birinci oxunuşdan keçirilərək, payız sessiyasının plenar iclasının birinci oxunuşuna tövsiyə olunublar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Bankların Müşahidə Şuralarının səlahiyyətləri artırılır

Read Next

2019-cu ilin büdcə paketi hökumətdədir – ZİYAD SƏMƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir