“O gün olsun ki, iclasımızı həm də Xankəndidə keçirək…”-MM-in komitə sədri – SƏMƏD SEYİDOV SPİKERİN TÜRKİYƏ SƏFƏRİNƏ, HƏMÇİNİN, KOMİTƏNİN NƏDƏN ONLAYN İCLAS KEÇİRMƏMƏSİNƏ TOXUNDU… – YENİLƏNİB – (3)

Bu gün Milli Məclisin (MM) daha bir komitəsinin-Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin parlamentin qarşıdan gələn payız sessiyası ilə bağlı ilk iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, tərkibinə görə, MM-in ən böyük komitəsi olan adıçəkilən komitənin iclası saat 12-də öz işinə başlayacaq.

İclasa komitənin rəhbəri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin başçısı, professor Səməd Seyidov sədrlik edəcək.

İclasda komitənin yaz və növbədənkənar sessiyalardakı fəaliyyəti ilə bağlı hesabatı, o cümlədən, payız sessiyası ilə əlaqədar qanunvericilik işləri planı və digər məsələlər müzakirə olunacaq, təsdiqlənəcək.

Qeyd edək ki, adıçəkilən komitənin üzvləri bunlardır:

Səməd İsmayıl oğlu Seyidov – Sədr

Sevinc Həbib qızı Fətəliyeva – Sədr müavini

Sahib Eyvaz oğlu Alıyev
 
Nigar Cavid qızı Arpadarai 
 
Kamran Fərhad oğlu Bayramov
 
Cavanşir Əyyub oğlu Feyziyev
 
Tural Babaşah oğlu Gəncəliyev 
 
Ramil Sahib oğlu Həsən 
 
Azər Şəmşid oğlu Kərimli
 
Nəsib Məhəmməd oğlu Məhəməliyev 
 
Ramin Ələmşah oğlu Məmmədov 
 
Sevil Əlirazı qızı Mikayılova
 
Asim Nazim oğlu Mollazadə 
 
Rasim Nəsrəddin oğlu Musabəyov 
 
Elman Xudam oğlu Nəsirov 
 
Sabir Xudu oğlu Rüstəmxanlı

Onu da qeyd edək ki, S.Seyidov 20 ildir sözügedən komitəyə rəhbərlik edir.

00:02

***

Komitənin iclası öz işinə başlayıb.

İclasın gündəliyinə 2 məsələ-hesabat və qanunvericilik işlər planı, həmçinin, MDB ilə müvafiq Sazişin təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.

İclasa S. Seyidov sədrlik edir.

11:55

***

“O gün olsun ki, biz iclasımızı Xankəndidə keçirək”.

Bunu S. Seyidov deyib.

Qeyd edib ki, bir müddət öncə parlamentin sədri tərəfindən MM-in iclas zallarına müxtəlif adlar verilib, onlardan biri də “Qarabağ” adlanır.

“Biz iclasımızı “Qarabağ” zalında keçiririk. Gün o gün olsun ki, biz iclasımızı Xankəndidə keçirək. İnanıram ki, belə də olacaq, biz orada iclasımızı keçirəcəyik-deyə, S. Seyidov bildirib.

12:00

***

Komitə sədri eyni zamanda, spiker Sahibə Qafarovanın başçılığı ilə MM nümayəndə heyətinin Türkiyəyə səfərinə toxunub.

S. Seyidov səfəri müsbət və tarixi hadisə kimi qiymətləndirib.

Bildirib ki, bu səfər MM-in yeni sədrinin ilk xarici səfəri idi və səfər də çox yüksək səviyyədə baş tutdu.

S. Seyidov deyib ki, Azərbaycanla Türkiyənin münasibətləri ən yüksək, qardaşlıq səviyyəsindədir:

“Bu gün isə bu münasibətlər daha da yüksək səviyyəyə qalxıb. Təsadüfi deyil ki, yeni seçilmiş parlamentin sədri ilk səfərini Türkiyəyə edir”.

Komitə sədri ümumiyyətlə, bu səfərin iki qardaş və dost ölkənin, onun qanunverici orqanlarının əməkdaşlığına, tərəfdaşlığına çox müsbət təsir göstərəcəyini və töhfə verəcəyini də sözlərinə əlavə edib.

12:07

***

Sonra “İclasların onylan keçirilməsi onun təhlükəsizliyini tam təmin edə bilməz”– deyən S. Seyidov bildirib ki, xüsusən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclaslarını onlayn keçirmək məqbul deyil:

“Jurnalistlər  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı, 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirəsində zalda ola bilər. Cari məsələlərin müzakirəsini isə biz özümüz, jurnalistlərin iştirakı olmadan keçirək”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aqrar siyasət komitəsi ilk iclasını nə vaxt keçirəcək-GÜNDƏLİKDƏ HANSI MƏSƏLƏLƏR VAR?

Read Next

“Türkiyə ilə gələcəkdə viza rejimi tam qalxa bilər…”-SƏMƏD SEYİDOV AZƏRBAYCAN VƏ İTALİYA PARLAMENTARİLƏRİNİN QARABAĞ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏYİNİ DƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir