Bu gün Şəhid Cəmil Həşimlinin torpağa tapşırıldığı gündür-MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ…- FOTO-VİDEO – YENİLƏNİB – (1)

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, ailənin 3 oğlan övladından biri, 5 medallı Cəmil Həşimlinin bu gün-6 oktyabr tarixi torpağa tapşırıldığı gündür.

2020-ci ilin 5 oktyabr tarixində Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olan, Şəhidlik məqamına ucalan Cəmil Həşimli bir gün sonra, 6 oktyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Bu gün onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, Anım Günü ilə bağlı bu gün Cəmil Həşimlinin məzarı ziyarət olunacaq.

Məzarının ziyarəti saat 10:00-dan başlayacaq və bir saata qədər davam edəcək.

Ziyarətdən sonra-saat 11:00-12:00 radələrindən anlm mərasimi başlayacaq, Kürdəmir rayon İmam Rza məscidində ehsan süfrəsi açılacaq.

Ziyarət və anım ırasimində Şəhidin ailə üzvləri, yaxınları, rayon sakinləri, Kürdəmir və Mingəçevirdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər, rayon rəhbərliyi iştirak edəcəklər.

Anım mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni oxunacaq, çıxışlar ediləcək.

00:00

***

Saat 07:30…

Kürdəmir, Cəmil Məmmədlinin yaşadığı ev…

Ziyarətinə və anım mərasiminə son hazırlıq işləri görülür…

Hər kəs həyacanlıdır… Xüsusilə, anası Simuzər xanım…

Bir azdan da məzarının ziyarəti və ardınca anım mərasimi başlayacaq…

Ziyarət və mərasim təxminən 6 saat davam edəcək…

07:55

***

Saat 10:00

Şəhid Cəmil Həşimlinin Kürdəmir Şəhidlər Xiyabanındakı məzarının ziyarəti başlayır…

Ziyarətdə Şəhidin anası, qardaşları, Kürdəmirdən, Ağdamdan, Bərdədən, Mingəçevirdən olan Şəhid ailələri, Şəhid anaları, hərbçilər, məktəblilər, din xadimləri, Kürdəmir İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edirlər…

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, sonra Şəhidin anası Simuzər xanım, Şəhid analarından Nəhayət xanım, Müşgünaz xanım, Mehparə xanım, Şəhid Nahid Mikayılovun həyat yoldaşı Jalə xanım və digər Şəhid ailələrinin üzvləri, müəllimlər və başqa şəxslər çıxış edirlər…

Şəhidin, cəmi Şəhidlərimizin ailələrinə səbr diləyirlər, Şəhidlərimizlə Qürur duyduqlarını, Fəxr etdiklərini, onların hər zaman Örnək olduqlarını bildirirlər…

Şəhid anası Simuzər xanım ziyarətə gələn hər bir kəsə özü və ailəsi adından minnətdarlığını ifadə edir, həm Şəhidi, həm də İkinci Vətən Müharibəsi zamanı Vətənin xidmətində, keşiyində dayanan hər iki övladı ilə Fəxr etdiyini söyləyir…

Sonra məktəblilələrin ifasında şeirlər səsləndirilir, Şəhidlərin ruhlarına dualar oxunur…

Şəhidin, Şəhidlər Xiyabanının ziyarəti təxminən 1 saat 40 dəqiqə çəkir…

Daha sonra Kürdəmir rayon İmam Rza məscidində anım mərasimi başlayır, bir daha Şəhidimizin və cəmi Şəhidlərimizin ruhlarına dualar edilir…

Eyni zamanda, Şəhidin adına ehsan verilir…

MƏZARININ ZİYARƏTİ…

MİNGƏÇEVİRDƏN GƏLƏN ŞƏHİD ANALARI,..

BƏRDƏLİ ŞƏHİD ANALARI…

ANIM MƏRASİMİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə…”-MİLLƏT VƏKİLİ

Read Next

Məhkəmə binalarına daxil olan bütün şəxslərdən COVID-19 pasportu tələb ediləcək-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir