Bu gün Şəhid İlkin Məmmədovun-19 YAŞI TAMAM OLUR, MİLLƏT VƏKİLİ ŞƏHİDİN AİLƏSİ İLƏ ƏLAQƏ SAXLAYIB…

Vətən Müharibəsinin ən gənc qəhrəmanlarından biri, 18 yaşında şəhadətə qovuşmuş İlkin Məmmədovun doğum günüdür, 19 yaşı ən ali mərtəbədə – ŞƏHİD kimi qeyd edilir. Yaşının az olmasına baxmayaraq, İlkin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə müstəsna qəhrəmanlıq göstərib, onun bu xidmətləri Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.

“Ötən ay İlkinin anası ilə təsadüfən rayon xəstəxanasında görüşmüşdük, bir neçə gün öncə isə planlaşdırmadan evlərində olduq. Bu gün isə atası Fərhad qardaşımla əlaqə saxladım, başsağlığı verib qayğıları ilə maraqlandım, onların dövlətimizin və şəxsən cənab Prezidentin daimi diqqəti ilə əhatələnəcəklərini bir daha nəzərlərinə çatdırdım. Allah Sənə rəhmət eləsin gənc qəhrəmanımız, ruhun şad olsun!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, Şəhid İ. Məmmədov 27 mart 2002-ci ildə  Biləsuvar ayonunda anadan olub.

O, 6 noyabr 2020-ci ildə Biləsuvar şəhər məzarıstanlığında dəfn olunub.

Ruhu şad olsun!

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

Daha 1690 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir