Bu gün Sizin gününüzdür, gününüz mübarək! – KAMİL HƏMZƏOĞLU YAZDI

Bu gün millət vəkili-MİLLƏTinin vəkili olan Aydın Mirzəzadənin növbəti doğum günüdür.

***

Qeyd edim ki, bir il öncə də Aydın müəllimin doğum günü-61 yaşı  yaşı ilə əlaqədar balaca bir təbrik  yazısı yazmışdım.

Bu gün həmin yazını bir qədər dəyişdirərək, yenidən dərc etmək, yaymaq qərarına gəldim.

Çünki yubliey yaşı olmasa da, Aydın müəllim elə İnsanlardan və Şəxsiyyətlərdəndir ki,  onun- onların hər doğum günü  xüsusi qeyd edilməli, xatırlanmalı, ünvanlarına haqq etdikləri gözəl sözlər, səmimi arzular deyilməlidir.

Odur ki, keçən il bu gün yazdığım təbrik yazısını bir qədər dəyişdirmək şərtilə, yenidən oxucuların, izləyicilərin diqqətinə çatdırıram:

Onun nə az-nə çox, düz 62 yaşı tamam olur.

Bu yaşı da əslində ona heç cür vermək olmur…

Maşallah, pis gözlərdən iraq, yaşından xeyli cavan, xeyli gümrahdır çünki…

Bu da onun ürəyinin, qəlbinin  saflığının, gözəlliyinin bir əlaməti, bir lütfüdür…

aydinnn

***

Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 

1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirib. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirib. Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olmuş, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak edib. 1980-ci ildə təyinatla Rusiya SFSR-in Tver vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləyib. 

1980-1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub və hərbi xidmətin yekununa görə adı hərbi hissənin Fəxri Kitabına salınıb. 1982-1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak edib və 1992-1999-cu illərdə təşkilatın sədri olub. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının I (1999-cu il), II (2001-ci il), III (2005-ci il) və V qurultaylarında (2013-cü il) partiyanın Siyasi Şurasının üzvü seçilib.

2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olub. 2008-ci, 2013-cü və 2018-ci il prezident seçkilərində, 2009-cu il və 2016-cı il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumlarda və 2009-cu və 2014-cü il bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasını məşvərətçi səslə təmsil edib.

aydin mirza-1

29 yanvar 2015-ci ildən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiridir.

Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 12 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Kitablarından dərs vəsaiti kimi istifadə edilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır.

2014-cü ilin sonunda Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində “Karabağ düğümü” adlı kitabı böyük tirajla çap edilib. Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib.

2016-cı ilin sonunda Aydın Mirzəzadənin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində erməni dilində “Qarabağ düyünü” kitabı nəşr ediliub. Bu azərbaycanlı tədqiqatçının xaricdə erməni dilində Dağlıq Qarabağ problemininə dair nəşr edilən ilk fundamental əsəridir.

Azərbaycan Respublikası II (2000), III (2005), IV çağırış (2010) və V çağırış (2015) Milli Məclisinin Mingəçevir 47 saylı seçki dairəsindən deputat seçilib. 2005-ci ildən Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavinidir.

Evlidir, 2 övladı var.

***

aydin mirze

ayddddd

Doğum gününüz mübarək və düşərli olsun, əziz və dəyərli insan, Böyük qardaş hesab etdiyim Aydın müəllim!

Siz çox mərd, çox alicənab, çox sadə və çox səmimi insansız…

Bəzən deyirlər ki, siyasətdə, siyasətçilərdə səmimilik, səmimiyyət olmur, bunu deyənlər əslində haqsız da deyillər…

Amma Siz elə siyasətçilərdənsiniz ki, hər zaman siyasətlə insani dəyərləri, xüsusən də, səmimiyyəti bir-biri ilə gözəl uzlaşdırırsınız, bağlaşdırırsınız…

Sizinlə danışmaq, Sizinlə söhbətləşmək, təmasda olmaq çox asandır və özü bir gözəllikdir…

Çünki çoxları kimi özünüzü yuxarıdan aparmırsınız, dartmırsınız, insan(lar)ı səbrlə dinləyirsiniz, onun ( onların) ağrılarını, acılarını və yaxud, sevinclərini, uğurlarını bölüşürsünüz, yeri gələndə yumşaq şəkildə, qırmadan, aşağılmadan, xətalarını da üzünə deyirsiniz, öz məsləhətlərinizi də verirsiniz…

Çünki Siz hal əhlisiniz, insan sərrafısınız…

aydin

Siz tanıyanı olalı artıq neçə illərdir, 20-22 ildən çoxdur…

Çox xoşbəxtəm ki, Sizin kimi bir insanı yaxından tanışmam, Sizi özümə fəxrlə dost, böyük qardaş bilmişəm, bilirəm və yanılmamışam da…

Bunlar mənim səmimi fikirlərimdir…Kimlərsə inana, kimlərsə də inanmaya bilər…

Hər kəsə də Allah öz qəlbinə görə versin…Mən, sadəcə, səmimi insan olduğum üçün hər şeyi də səmimi deyirəm, heç nədən çəkinmirəm, cilddən-cildə girmirəm…

Bu dostluğu, qardaşlığı da Siz özünüz qazanmısınız, haqq etmisiniz…

Siz həyatda bütün gözəlliklərə, gözəl sözlərə layiq İNSANsınız…

Bütün gözəlliklər, gözəl sözlər Sizin olsun!

aydin-7

aydim-milana

aydin-kitab

yol-aydin

aydin-yeni il-aydin

aydin-qdiat

aydin-cay-2

aydin-cebhe-2

aydin-secki

Bu gün-2 iyul Sizin gününüzdür, məhz Sizin gününüz…

Gününüz mübarək olsun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Türkiyə tərəfi bu məsələdə Şimali Kiprin yanındadır – TÜRKİYƏ XİN

Read Next

Bu ölkədə boşanma prosesi mürəkkəbləşdirilir – XÜSUSİ QANUN QÜVVƏYƏ MİNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir