Bu gün Sizin gününüzdür-Qəlbi özündən böyük Rəbiyyət Xanım!-KAMİL HƏMZƏOĞLU YAZDI

Rəbiyyət Nurullah qızı Aslanova…

Əslən Balakənli, özü isə Kəlbəcər doğumlu…

Ana tərəfdən Qarabağlı, Şuşalı, bəy-xan nəslindən, ata tərəfdən Katexdən, Çuxovlar nəslindən…

Üç gözəl, dəyərli övlad anası…

Filosof, fəlsəfə elmləri doktoru, professor…

Müasir Azərbaycan siyasətinin və parlamentimizin ən dəyərli, ən parlaq simalarından biri…

Yenə də Azərbaycan siyasətində və parlamentində yeri görünən bir xanım…

Üç çağırış Milli Məclisin üzvü, iki çağırış parlamentin İnsan hüquqları komitəsinin (daim komissiyasının) sədri…

Azərbaycanı ATƏT Parlament Assambleyasında təmsil etmiş ən uğurlu millət vəkillərimizdən biri…

***

Rəbiyyət xanımı ötən əsrin 90-cı illərindən, qiyabi və əyani şəkildə təxminən 25-30 ilə yaxındır tanıyıram…

Onunla yaxın, şəxsi münasibətlərimiz isə 2000-ci illərdən, millət vəkilliyinin ilk günlərindən qurulub…

Və ilk gündən də aramızda bir səmimiyyət, bir ana-bala, bir ana-oğul münasibəti yaranıb, mövcud olub və mövcuddur…

Hər zaman Onun İnsanlığına, Şəxsiyyətinə böyük hörmət və ehtiramım olub, bu gün də var, sabah da olacaq…

Heç nə dəyişməyib və heç nə dəyişməyəcək…

Bunu-bu ehtiramı da, bu hörməti də, bu sevgini də Rəbiyyət xanım öz İnsanlığı, öz Səmimiyyəti, öz Şəxsiyyəti ilə qazanıb…

Rəbiyyət xanım O nadir insanlardandır ki, hər zaman ətrafındakılara, hər kəsə, hətta ona düşmən münasibət bəsləyənlərə belə düz, doğru, xeyirli, xeyirxah yol göstərib, hər kəsə əl tutmağa, yardım etməyə, onları ümidsiz qoymamağa çalışıb…

Özünün pessimist, çətin dönəmlərində də hər zaman optimist olmağa, optimist, nikbin görünməyə, ətrafa pozitivlik saçmağa çalışıb…

Bunun dəfələrlə canlı şahidi olmuşam…

Rəbiyyət xanım həm də O nadir insanlardandır ki, qəlbi, ürəyi Özündən böyükdür…

Bu da hər kəsə, hər İnsana nəsib olan xarakter, xüsusiyyət, keyfiyyət və xoşbəxtlik deyil!

***

Və bu gün Rəbiyyət xanımın doğum günüdür…

Heç bilmirəm neçənci yaşıdır, neçə yaşı tamam olur…

Heç bilmək də lazım və etik deyil bir o qədər…

Bir onu bilirəm, bir o uzun illərdir yaddaşıma hopub ki, bu gün Onun günüdür…

Bu gün növbəti yaşına qədəm qoyur…

Qədəmləri mübarək!

Günü də, yaşı da mübarək!

Günü də, yaşı da özünə və gözəl ailəsinə xeyirli və düşərli olsun!

Yaxşı ki, var, yaxşı varsınız, yaxşı ki, bizimsiniz, hər zaman da bizim olacaqsınız, əziz və dəyərli Rəbiyyət xanım!

Sevənlərinizin qəlbində əbədilik taxt qurmusunuz!

Doğum gününüz bir daha mübarək!

Böyük ehtiramla,

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri

Read Previous

“İki ildən artıqdır ki, müttəfiqlər kimi birgə işləyirik və yaxşı nəticələrə nail oluruq…”-AZƏRBAYCAN PREZİDENTİ RUSİYA VƏ ÇİN LİDERLƏRİ İLƏ ASTANADA GÖRÜŞDÜ, ÇİNLƏ BİRGƏ BƏYANNAMƏYƏ İMZA ATILDI – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

İQAK-ın Azərbaycanın razılığını almadan hesabat dərc etməsi ədalətsiz və əsassızdır-XİN-DƏN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir