“Bu gün tarixin ən şərəfli və şöhrətli günləridir…”-MƏLAHƏT İBRAHİMQIZI

Gözün aydın, doğma Vətən.

Bu gün Sənin 29 yaşın tamam olur.

Bu il ilk dəfə olaraq, xalqımız yenidən müstəqilliyimizə  qovuşduğumuz bu müqəddəs günü Sənin ayrılmaz parçan olan, işğal altındakı Qarabağımızla keçirir.

Bu gün Müzəffər Ordumuz, onun qəhrəman əsgər və zabitləri dədələrimizin bizlərə yurd etdiyi və Şəhidlərimizin qanı ilə yoğrulmuş Qarabağ torpaqlarında keçirir.

İnşallah, yaxın zamanlarda xalqımız özünün Böyük Zəfər Bayramını Qarabağın hər qarışında, kənd və şəhərində təntənə ilə qeyd edəcəkdir.

Allaha sonsuz Şükürlər və Həmdi sinələr olsun…

Bu gün yaşadığımız sevincə və şərəfə görə bütün Azərbaycan xalqı Ali Baş Komandanımız və əziz Prezidentimiz möhtərəm cənab İlham Əliyevə və Şanlı Ordumuza minnətdardır.

Bu gün hər birimiz Allahın rəhmətinə qovuşmuş Şəhidlərimizə və Qazilərimizə borcluyuq.

Bu gün tarixin ən şərəfli və şöhrətli günləridir.

Uca Xalqımız dünyanın gözü önündə öz Lideri, Ali Baş Komandanın rərbərrlik etdiyi qəhraman Milli Ordusu ilə tarixin şücaət və rəşadət səhifələrini yazır.

 İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək canlı şahidləri olduğumuz bu günün qəhrəmanlıqlarına salnnamələr yazılacaq, nəğmələr bəstələnəcəq…

Yaşasın Ali Baş Komandan,Yaşasın Milli Ordumuz,Yaşasın Azərbaycan,Qarabağ Azərbaycandır!

“…El bilir ki,Sən mənimsən

Yurdum, yuvam, məskənimsən,

Anam doğma Vətınimsən 

Ayrılarmı Könül Candan

Azərbaycan,Azərbaycan…”

Long live #Azerbaijan,Long live #Supreme in-Cheif, long live #AzerbaijaniNationalArmy

Məlahət İBRAHİMQIZI,

Millət vəkili

Etikxeber.az

Read Previous

Düşmənin Ağdamı atəşə tutması nəticəsində bir nəfər-YARALANDI…-YENİLƏNİB

Read Next

“29 il keçir ikinci-tarixi, möhtəşəm Müstəqilliyimizdən… Bu günümüz də Qələbə xəbərli, sabahımız da Qələbə sevincli olacaq!”-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir