Bu gün Torpaq-İLAXIR ÇƏRŞƏNBƏSİDİR

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni, Torpaq Çərşənbəsi qeyd olunur. 

Etikxeber.az xəbər verir ki, bölgələrdə bu, sonuncu çərşənbə olduğu üçün İlaxır Çərşənbə adı ilə də tanınır. 

Qeyd edək ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Eyni zamanda iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.  

Beləliklə, bu il 20-28 mart tarixlərində (9 gün) iş olmayacaq. 

Bayramınız mübarək olsun!

Etikxeber.az

Read Previous

“Müharibədəyik və düşmən görünməzdir” – MAKRON

Read Next

“Azərbaycanı “ölü”, qapalı dövlətə çevirmək olmaz” – VAHİD ƏHMƏDOV FAZİL MUSTAFAYA DA ETİRAZ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir