Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq

Noyabrın 2-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.

Etikxeber.az  xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında daha səkkiz görüş keçiriləcək.

“E” qrupunda “Monako” (Fransa) MOİK-i (Rusiya), “Tottenhem”(İngiltərə) “Bayer”i (Almaniya) qəbul edəcək. Üç turdan sonra bu qrupda hər dörd komanda onaltıdabir final mərhələsi şansını saxlayır.

“F” qrupunda Dortmundun “Borussiya” komandası Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq. Almaniya təmsilçisi qələbə sayəsində növbəti mərhələni vaxtından əvvəl təmin edəcək. Eyni qrupa “Real” (Madrid) isə Polşa səfərində “Legiya”nı sınağa çəkəcək. İspaniya təmsilçisi də üç xal qazanacağı halda növbəti mərhələni sığortalamış olacaq.

“G” qrupunda “Kopenhagen”(Danimarka) “Lester” (İngiltərə), “Porto” (Portuqaliya) isə “Brügge” (Belçika) ilə üz-üzə gələcək. Bu görüşdə “Lester” hətta heç-heçə etdiyi təqdirdə belə onaltıdabirə vəsiqəni təmin edəcək.

“H” qrupunun mərkəzi matçı Turində keçiriləcək. “Yuventus” Fransanın “Lion” komandasını qəbul edəcək. İspaniyada oynanılacaq paralel görüşdə “Sevilya” “Dinamo”nu (Zaqreb, Xorvatiya) qonaq edəcək. “Qoca sinyora” və İspaniya klubu qalib gələrsə, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl gerçəkləşdirə bilər.

Etikxeber.az

Read Previous

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yaşayış kompleksi istifadəyə verilib – FOTOLAR

Read Next

Mərkəzi Bankın valyuta ehtiyatarı daha da azalacaq – İQTİSADÇI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir