Xudayar Yusifzadənin Cənnətdəki ilk ad günü-23 YAŞI TAMAM OLDU, MƏZARINI YÜZLƏRLƏ İNSAN ZİYARƏT ETDİ, BƏRDƏ ŞƏHİDLƏR XİYABANI İNSANLARLA DOLUB-DAŞDI… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün, 15 iyul adı dillər əzbəri olan, adı Dastana dönən İkinci Vətən Müharibəsi Şəhidi Xudayar Yusifzadənin ad günüdür.

Bu gün Xudayar Yusifzadənin 23 yaşı tamam olur və bu, onun Cənnətdəki-Cənnətindəki ilk doğum günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamlı olan Xudayar Yusifzadə 1998-ci ilin iyulun 15-də Bərdədə sadə bir ailədə anadan olub.

Ailədə 3 qardaş, bir bacı olublar…

Xudayar atasının üzünü görməyib, dünyaya gəldikdən bir müddət-24 gün sonra atası vaxtsız şəkildə dünyasını dəyişib…

Həm Xudayarı, həm də bacı və qardaşlarını Radə xanım, Radə ana böyüdüb, boya-başa çatdırıb…Onlara həm ana, həm də ata olub…

Əsgərlikdən sonra həyatını hərblə, Ordu ilə bağlayan çox istedadlı və gözəl səsə malik olan Xudayar İkinci Qarabağ Savaşının ilk saniyəsindən də döyüşlərə atılıb…

Peşəkar hərbçi-gizir kimi, döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib, həm də  gözəl ifası ilə dillər əzbərinə çevrilən “Xudayar təsnifi”ni xalqımıza bəxş, ərməğan edib…

O, Zəngilan, Ağbənd istiqamətində qanlı döyüşlərdən birində, oktyabrın 21-dən 22-sinə keçən qəhrəmancasına həlak olub, Şəhidlik  Məqamına yüksəlib…

Şəhidimiz ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və iki medalla təltif olunub.

Xudayar həm də subay olub.

00:00

***

Bu gün Xudayar Yusifzadənin Cənnətdəki ilk doğum günü ilə bağlı ailəsi tərəfindən Bərdənin Güloğlular kəndində tədbir təşkil olunacaq.

Tədbirdə Bərdə ziyaıları, kənd sakinləri, Bərdədən, Bakıdan, Mingəçevirdən, Kürdəmirdən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları iştirak edəcəklər.

07:50

***

Cənnətdəki ilk ad günü ilə ilə bağlı öncə Xudayar Yusifzadənin dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət olunub.

Saat 10:00-dan başlayan ziyarət iki saata yaxın çəkib, insanlar Şəhidlər Xiyabanına axın edib, Xiyaban ziyarətçilərlə dolub-daşıb.

Ziyarətdə Şəhidin ailə üzvləri-anası Radə xanım, nənəsi Tovuz xanım və digər yaxınları, Azərbaycanın ən müxtəlif guşələrindən-Goranboydan, Kürdəmirdən, Mingəçevirdən, Bakıdan və başqa bölgələrdən Şəhid anaları, Şəhid ailələri, Qazilər, İkinci Vətən Müharibəsinin iştirakçıları və Bərdə sakinləri iştirak ediblər.

Ziyarət zamanı Xudayar da daxil olmaqla, Şəhidlər Xiyabanında uyuyan bütün Şəhidlərin məzarları ziyarət olunub, məzarları üzərinə əklil və gül dəstələri düzülüb, ruhlarına daular oxunub.

12:30

***

Sonra Xudayar Yusifzadənin ailəsinin Güloğlular kəndində yaşadığı evdə ehsan süfrəsi açılıb, tədbir keçirilb.

Tədbir Dövlət Himninin səslənməsi və oxunması ilə başlayıb.

Tədbirdə Şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, tədbirdə yüzlərlə insan, Bərdə sakinləri, Şəhid ailələri, Qazilər, İkinci Vətən Müharibəsinin iştirakçıları, din xadimləri iştirak ediblər

Daha Şəhidin anası Radə xanım mərasim, təbdir iştirakçılarına özü və ailəsi adından minnətdarlıq edib.

Bildirib ki,Xudayar da daxil olmaqla, hər bir Şəhid bir ailənin, bir evin övladından, oğlundan öz Şəhidliyi ilə bir xalqın, cəmi Azərbaycanın oğluna, övladına çevrildi.

Eyni zamanda, qeyd edib ki, hər bir Şəhid onun övladıdır və hər bir Şəhidin ruhu, hər bir Şəhid ailəsinin qarşısında baş əyir.

Tədbirdə Şəhid ailələrinə də bir-bir söz verilib.

Şəhid ailələrindən-Nəhayət xanım, Sevinc xaım, Mehriban xanım, Simuzər xzanım, Akifə xanım, Sayad xanım və digər Şəhid anaları, Şəhid ailələrinin üzvləri çıxış ediblər.

Onlar Xudayar Yusifzadə ilə, bütövlükdə hər bir Şəhidlə Fəxr etdiklərini, Qürur duyduqlarını, onlara borclu olduqlarını və olduğumuzu bildiriblər.

Həmçinin, qeyd ediblər ki, Azərbaycan var olduqca, Şəhidlər də var olacaq, yaşayacaqlar, çünkü onlar Ölməzliyə, Ölümsüzlüyə qovuşublar.

5 saatdan artıq davam edən təbir duyğulu anlarla yadda qalıb.

Nur içində yatsın, məkanı, məqamı cənnətlik, Cənnətdəki-Cənnətindəki ilk ad günü mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Ərdoğana-ZƏNG ETDİ VƏ…

Read Next

199 yeni yoluxma-İKİ ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir