Bu gün Yağmur günü… – DEPUTAT ŞƏHİD QIZINDAN YAZDI- FOTOLAR

Yağmur atası Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olduqdan 2 ay sonra doğulub.

İlk övladıma,qızıma Yağmur adı verəcəm deyən qəhrəman qardaşımız Ziya Həsənovun gözəl balasını, xanımını gözəl dost Yazgül Abdiyeva və gözəl həkim və dost Sevinc xanımla birlikdə ziyarət etdik.

Yağmur Qənirə xalası ilə gizlənpaç da oynadı, yeni hədiyyələri olan mətbəxi və balaca evi ilə bizi çaya da qonaq etdi, bənovşə dərib iylətdi bir sözlə gözəl bir gün yaşatdı.

Nur içində yatsın şəhid qardaşımız!

İnşallah, gözəl balası böyüyüb xoşbəxt və ağıllı bir qız olacaq və atasının da hər zaman ruhu şad olacaq.

O, bizim, bütün millətimizin balasıdır.

qanira-sehid

Şəhidimizin dəyərli xanımı, əziz bacımızla söhbət etdik və hər zaman yanınızdayıq dedik.

Şəhidlərimizin ailəsi bizim başımızın tacıdır və hər birimizin, hər bir azərbaycanlının onların hər zaman yanında olmaq borcumuzdur.

Allah hər zaman köməkləri olsun!

Səni sevirik gözəl Yağmur!

Sadəcə, anana deyil, hamımıza gözəl gülüşünlə sevinc bəxş edirsən gözəl Mələk!

Nə yaxşı ki, varsan və inşallah qəhrəman atanın istədiyi bir qız kimi böyüyəcəksən!

Hər zaman xoşbəxt ol!

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Əliyev gürcü həmkarına başsağlığı verdi

Read Next

Toyda da masa imtiyazı nəzərdə tutulur… MİLLƏT VƏKİLİ TOYLARIMZIDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir