Bu gündən noyabrın 30-dək ictimai nəqliyyat, restoranlar, bərbərxanalar və gözəllik salonları-İŞLƏMƏYƏCƏK

Bu gündən noyabrın 30-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Etikxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Həmçinin, bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, həmçinin, restoran, bərbərxana və gözəllik salonlarında xidmət dayandırılır.

Etikxeber.az

Read Previous

“Ölkəmiz və qardaş ölkə Azərbaycan əleyhinə belə düşməncəsinə addımları atanların Məclisimiz və əziz Millətimiz tərəfindən qeydə alındığını elan edirik”-AKP, CHP, MHP və İYİ Partiyadan olan millət vəkilləri Fransa Senatının-QƏTNAMƏSİNİ PİSLƏDİLƏR

Read Next

“ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməli, siyasi mənafelərini erməni lobbisindən güc alan ölkə bu təşkilatdan birdəfəlik uzaqlaşdırılmalıdır”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir