“Bu, həm də dövlətin vətəndaşa olan sosial humanizminin ifadəsidir” – DEPUTAT

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı vətəndaşlara olan sosial qayğının təntənəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında iqtisadçı millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, fərman əhalinin rifahını yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsində dövlətin növbəti sosial humanizmini nümayiş etdirir.

O, qeyd edib ki, dövlət başçısının fərmanı həm də çox geniş və mühüm sosial təşəbbüs kimi qəbul edilməlidir:

“Fərmana əsasən, fiziki şəxslərə məxsus 10 000 dollar məbləğində xarici valyutada olan əsas kredit borclarının həlli nəzərdə tutulub. Belə ki, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarınına yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Yəni, burada vətəndaşların banklar qarşısında olan borcların maliyyə yükünü dövlət üzərinə götürəcək. Bu, çox mühüm göstəricidir, əhalinin demək olar ki, böyük bir hissəsini əhatə edəcək. Bu, həm də dövlətin vətəndaşa olan sosial humanizminin ifadəsidir”.

A.Hüseynov qeyd edib ki, Azərbaycanın maliyyə imkanları yaxşılaşır, iqtisadiyyatda şəffaflığın təmin edilməsi əlavə gəlirlərimizin daxil olmasına səbəb olmaqdadır:

“Təkcə, 2019-cu ilin ötən bir ayı ərzində dövlət büdcəsinə plandan əlavə 85 milyon manat vergi, 20 milyon manat məbləğində gömrük daxilolmaları təmin edilib. Bu şəffaf iqtisadiyyat quruculuğunun mühüm nəticəsidir. Dövlət həmin gəlirləri birbaşa əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, onların sosial qayğılarının həllinə yönəldir. Problemli kreditlərlə bağlı məsələnin tənzimlənməsi də bu siyasətin tərkib hissəsidir. Həmin vəsaitlər dövlət büdcəsinin vəsaiti hesabına qaytarılacaq ki, bu da ölkəmizin maliyyə qüdrətindən xəbər verir”.

Etikxeber.az

Read Previous

“Dövlət başçısı bir daha vətəndaşının yanında olduğunu nümayiş etdirdi” – MİLLƏT VƏKİLİ

Read Next

850 minə yaxın insan Prezidentin son tarixi Fərmanından faydalana biləcək – KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir