“Bu, hər bir kəsin dövlətidir…” – ƏLİ ƏHMƏDOV

Bu gündən pensiyalar 200 manata çatdırılıb.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə Baş Nazirin müavini Əli Əhmədov bildirib.

O, qeyd edib ki, gələn ildən vətəndaşlar icbari tibbi sığorta ilə daha yaxşı tibbi xidmət ala biləcəklər.

“Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş dayanır. Hökumət çalışır ki, insanlar daha da yaxşı yaşasın. Bu, hər bir kəsin dövlətidir. Dövlət də zamanı çatanda hər bir vətəndaşa, o cümlədən ahıl vətəndaşlara qayğı göstərir”-deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

Read Previous

İşə qəbul müsabiqəsinin nəticələri – AÇIQLANDI

Read Next

“15 il ərzində nikahların sayında 11,4 faiz artım olub…” – DSK SƏDRİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir