Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dəfndə çıxış etmək mənə həvalə edilmişdi…Çox çətin idi…Həyatımın ən çətin çıxışı idi yəqin ki…
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva öz sosial şəbəkə hesabında Şəhid mayor Rəhim Hüseynova həsr etdiyi statusunda qeyd edib.
“Bu şəkil ATV kanalının Zərdablı şəhidlərə həsr edilən proqramı zamanı çəkilib. Şəkildəki şəhid mayor Rəhim Hüseynovun ömür yoldaşı, anası, atası, son nəfəsində yanında olan, ondan döyüş əmrləri alan qəhrəman qazi Pərviz Hacıyev və şəhidimizin ortancıl oğlu 6 yaşlı Rüfətdir. Böyük oğlu Hikmət 11 yaşındadır. Fikrət isə yeni dil açır… Üçünü də ilk dəfə şəhidimizin Fəxri Xiyabanda dəfni sırasında görmüşdüm…Dəfndə çıxış etmək mənə həvalə edilmişdi…Çox çətin idi… Həyatımın ən çətin çıxışı idi yəqin ki…”-deyən millət vəkili bildirib ki, müqəddəs üçrəngli bayrağımızı Hikmətə təqdim edib, üzündən öpərkən, kiçicik ürəyinin quş kimi çırpındığını hiss edibmiş.

“Amma ağlamırdı! Fəxrlə dim-dik durmuşdu bayrağı məndən alarkən! Əsil əsgər kimi, əsil qəhrəman kimi, əsl Şəhid oğlu kimi! Hikmət, Rüfət, Fikrət, Allah sizi, bütün şəhid övladlarını və hər bir uşağı qorusun. Sizə qucaq açan, nəvaziş göstərən, sizi sevən, əzizləyən, bağrına basan doğma, əziz insanlar hər zaman yanınızda olsun. Üzünüzdə kədər, qəm kök salmasın! Qayğısız, sağlam, xoşbəxt böyüyün! Amin!”-deyə, o, sonra qeyd edib.