“Bu, həm Azərbaycan, həm də dünya mediası üçün böyük itkidir…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Onların gördüyü işin böyük dəyəri var. Bu dəyər ondan ibarətdir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşiliyi sənədləşdirirdilər. Qarış-qarış, addım-addım bütün kəndlərimizi, şəhərlərimizi gəzirdilər.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Deyib ki, bu işin dəyəri bu gün, 100 ildən sona da vacibdir.

Onun sözlərinə görə, çünki onlar gələcək nəsillərə Azərbaycan xalqının salnaməsini yaradırdılar.

“Azərtac”, Azərbaycan Televiziyası tərəfindən onlara ezamiyyətin dəyişdirilməsi barədə müraciətlər olduğu təqdirdə belə geri qayıtmırdılar. Bu işi böyük əzmlə, rəşadətlə, elə böyük həvəslə yerinə yetirirdilər. Amma yenə də mənfur ermənilər tərəfindən xəyanətkar mina fəaliyyətinin qurbanı oldular. Allah rəhmət eləsin. Bu, eyni zamanda Azərbaycan jurnalistikası, mediası üçün də böyük itkidir. Bu müharibə dövründə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan jurnalistlərinin, mediasının da rəşadətini gördük.

Onlar ön cəbhədə idilər, ermənilərin vəhşiliyini fotolara, videolara çəkərək bütün dünya ictimaiyyətinə çatdırırdılar. Qardaşlarımızın gördüyü iş də bu prosesin tərkib hissəsi idi. Bu, həm Azərbaycan, həm də dünya mediası üçün böyük itkidir. Bütün beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu hadisə, bu vandalizm, bu vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Bir daha möhtərəm cənab Prezidentin başsağlığını çatdırmaq istərdim. Allah səbir versin, qəbirləri nurla dolsun”-deyə, H. Hacıyev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Kamal Cəfərov YAP-ın üzvü kimi istədi cavab versin, o da uğursuz alındı…Zahid Oruc son illərin ən uğurlu kadrlarından biridir…”-QÜDRƏT HƏSƏNQULİYEV – MÜSAHİBƏ

Read Next

Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında, Məhərrəm İbrahimov Müşfiqabad qəbiristanlığında-TORPAĞA TAPŞIRILDI – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir