“Bu, həm də ermənilərin Rusiya dövlətini və rus xalqını ələ salmasıdır…”-MİLLƏT VƏKİLİNDƏN SƏRT ETİRAZ

Erməni separatçılarının qondarma “parlamentdə” ruscanı öz aləmlərində rəsmi dil elan etməsinin heç bir ictimai, sosial və siyasi əhəmiyyəti, habelə, postmüharibə dövründə Azərbaycanın bölgədə diqtə etdiyi proseslərin gedişatına təsir perspektivi yoxdur, Azərbaycan üçün hər hansı hüquqi və diplomatik mahiyyət kəsb etməməklə rəsmi Bakının bundan sonrakı addımları üçün təhdid və maneə sayıla bilməz.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Prezident İlham Əliyevin də dediyi kimi, baş verənlər manipuliyasiyadan başqa bir şey deyil, çünki “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Azərbaycanda isə yeganə rəsmi dil Azərbaycan dilidir. Digər bir dilin Azərbaycanda rəsmi statusu ola bilməz”. Digər dillərin istifadəsinə gəlincə qalib dövlət və regionda əsas güc sahibi olan Azərbaycanın ərazisində bütün azlıqların dilləri, o cümlədən rus dili rahat və sərbəst istifadə olunur”-deyən millət vəkilinin sözlərinə görə, monoetnik ermənilərin isə bu barədə, xüsusilə, rus dili haqqında, ümumiyyətlə, danışmağa haqqı yoxdur.

“Ermənistanda bir neçə ildir ki, rus dilində təhsilə qadağa qoyulub, rus dilli məktəbləri bağlanıb, son üç ildə güclü antirusiya meyli formalaşıb. İndi belə bir vəziyyətdə, rus dilini “rəsmi dil” elan etməsi siyasi ikiüzlülük olmaqla bərabər, həm də ermənilərin Rusiya dövlətini və rus xalqını ələ salmasıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Mədəniyyət evinin müdiri həbs olundu-ƏXLAQSIZLIĞA GÖRƏ…

Read Next

“YUNESKO ilə konstruktiv dialoq aparılır və ümid edirik ki…”-XİN BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir