“Bu, hər bir millət vəkilinin stolüstü kitabı olacaq…” – BAHAR MURADOVA – YENİLƏNİB

“Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı keçirilir

Bu gün Milli Məclisdə (MM) parlament rəhbərliyinin, millət vəkillərinin və Aparat işçilərinin iştirakı ilə Azərbaycan Parlamentinin yüz illiyinə həsr olunmuş “Azərbaycan parlamentarizmi tarixi” kitabının (ikicildliyinin) təqdimatı keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, MM sədrinin müavini Bahar Muradova ilk öncə başa çatmaqda olan  2018-ci ilin həyəcanlı və əlamətdar il olduğunu bildirib.

baharrrrr-222222222222222222

Qeyd edib ki, 2018-ci il ölkə Prezidenti İlham Əliyevin tarixi sərənamı ilə “Cümhuriyyət İli” elan edilib və  ötən bir il ərzində də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı ən müxtəlif və yüksək səviyyəli tədbirlər keçirilib.

Onun sözlərinə görə, həmin tədbirlər sırasında ilk növbədə  bu ilin mayın 27-də AXC-nin yüz illiyi və sentyabar ayının 21-də Azərbaycan Parlamentinin bir əsrlik tarixi ilə bağlı keçirilən möhtəşəm tədbirlər gəlir.

B.Muradova bildirib ki, sentyabrın 21-də ölkə prezidentinin iştirakı ilə MM-də Azərbaycan Parlamentin 100 illiyinə həsr olunmuş xüsusi və təntənəli iclas keçirilib. Vitse-spiker eyni zamanda, ötən dövrdə Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı geniş tərtibatlı kitabın (ikicildliyin) hazırlanmasına başlanılıdıdığını və onun bir il yarım ərzində ərsəyə gətirildiyi diqqətə çatdırıb. B.Muradovanın dediyinə görə, kitabın hazırlanması işi millət vəkili, tanınmış tarixçi Musa Qasımlıya həvalı olunub və qısa müddət ərzində Azərbaycan parlamentarizminin tarixi ilə bağlı məlum kitab hazırlanıb,ortaya qoyulub.

“İnanıram ki, bu kitab hər bir millət vəkilinin stolüstü kitabı olacaq, eyni zamanda, gələcək elmi-tarixi tədqiqatlar üçün gözəl bir mənbə rolunu oynayacaq”-deyə, B. Muradova fikirlərini tamamlayıb.

***

MM-in Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də bugünkü təqdimatı tarixi hadisə adlandırıb və bildirib ki, bu, AXC, Azərbaycan Parlamenti tarixinə ən gözəl hədiyyələrdən biridir.

Təqdimtada akademik Yaqub Mahmudov, millət vəkili Hikmət Babaoğlu da çıxış edib.

Qeyd edək ki, kitabın müəllifləri arasında B. Muradova ilə Vasif Qafarov da var.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Prezidentlə xanımı Sumqayıtda açılışda – FOTO

Read Next

Parlamentin 2018-ci ildə son iclasıdır – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir