“Bu, heç də söz azadlığına qarşı deyil…”-ZAHİD ORUC “NİFRƏT DİLİ” İLƏ BAĞLI QANUN LAYİHƏSİNİN HAZIRLANMASININ VƏ MÜZAKİRƏSİNİN NƏZƏRDƏ TUTULDUĞUNU BİLDİRDİ…

Milli Məclisin (MM) payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq İnsan Hüquqları Gününə (10 dekabr) həsr olunmuş ictimai dinləmə keçiriləcək. 

Etikxeber.az-ın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planın layihəsində əksini tapıb.

İş planının layihəsinə əfv etmə – amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib. 

Həmçinin, payız sessiyasında “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bu məsələ də parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planın layihəsində əksini tapıb.

Adıçəkilən sənədin payız sessiyasında müzakirəsi nəzərdə tutulur.

Komitə sədri Zahid Oruc payız sessiyası ilə bağlı əslində 5 qanun layihəsinin nəzərdə tutulduğunu, ancaq sonda onlardan 3-nün üzərində dayanıldığını bildirib.

Z. Orucun sözlərinə görə, nəzərdə tutulan qanun layihələrindən biri də dünyada mövcud olan “nifrət dili (nitqi)” ilə bağlı qanunvericiilik aktıdır.

Komitə sədri bunun heç bir halda söz azadlığına qarşı olmadığını deyib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az


Read Previous

Kimə və nəyədir etiraz: Rus dilinə yoxsa rusqafalılığa?-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

“İctimai Nəzarət Şurası müstəqil olmalıdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ – HİKMƏT BABAOĞLU, RAZİ NURULLAYEV, TAHİR KƏRİMLİ NƏDƏN DANIŞDILAR? – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir