Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2017-ci ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Etikxeber.az xəbər verir ki, bu barədə mətbuata teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli məlumat verib.
Rejissorun bildirdiyinə görə, repertuar planında nəzərdə tutulan ilk tamaşanın – Əbdürrəhim bəy Haqverdiyevin “Şəbihgərdan” hekayəsinin səhnələşdirilməsinə aprelin əvvəlində başlanılacaq. Bundan əlavə, mövsüm ərzində teatrda Cəfər Cabbarlının “Dönüş”, türk yazıçısı Əziz Nesinin uşaqlar üçün yazdığı “Möcüzəli bal” və amerikan dramaturqu Edvard Olbinin “Zoopark əhvalatı” əsərləri əsasında yeni tamaşalar hazırlanacaq.
Hazırda teatrda türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında eyniadlı tamaşanın məşqləri davam etdirilir. Səhnə əsəri teatrsevərlərə martın sonunda təqdim olunacaq.
Etikxeber.az