Səhər saat 6-dək həyəcanla Türkiyə seçimlərini izləmişəm.
İstanbul Bələdiyyə başqanı seçimləri Türkiyədə bir demokratiya savaşına bənzəyirdi.
Çox gərgin mübarizədən sonra CHP-li namizəd Əkrəm İmamoğlu qazandı.
Əslində, bu Əkrəm İmamoğlu və müxalifətdən çox demokratiyanın və Türkiyənin qələbəsi idi.
Türk milləti bu seçimlərdə sözün yaxşı mənasında dünyanı heyrətləndirdi və sübut etdi ki, Türkiyə hər şeyə rəğmən Atatürk dəyərlərinə sadiqdir.
Təbriklər, Türkiyəm!
Gültəkin HACIBƏYLİ,
Sabiq millət vəkili
Etikxeber.az