“Bu, informasiya savaşında bəzi hallarda Ermənistanı müdafiə etməyə meyilli görünən, Rusiyada mövcud olan ayrı-ayrı siyasi qruplaşmalara, təşkilatlanmalara verilən mühüm əhəmiyyətli bir mesaj idi…”-HİKMƏT BABAOĞLU

Sentybar ayın 27-dən bu günə qədər davam edən vətən müharibəmizdə informasiya müharibəsi də öndə olub.

Azərbaycan Prezidenti bu qurtuluş savaşımızda Ali Baş Komandan kimi döyüş meydanında qələblər əldə etdiyi kimi, informasiya müharibəsində də sözün əsl mənasında diplomatiya tarixinə yazılacaq məzmunda və üslubda müsahibələr verir.

Prezident İlham Əliyevin RİA Novosti agentliyinə verdiyi müsahibə də bu qəbildəndir.

Azərbaycan Prezidenti sentyabarın 27-dən bu günə qədər az qala hər gün bir televiziya kanalına müsahibələr verib .Bu müsahibələrin hər biri tarixi müsahibələrdir. Hər biri Azərbaycan həqiqətlərinin dünyaya onun  anladığı dildə çatdırılmasıdır.

Dünya ictimiayyətinin qəbul etdiyi hüquqi, diplomatik, siyasi dildə çatdırılmasıdır. Ona görə də düşünürəm ki, istər döyüş meydanındakı, istərsə də informasiya, diplomatiya savaşındakı qələbələrimizin tək memarı Azərbaycan Prezidentidir.Azərbaycan Prezidenti “RİA Novosti”yə müsahibəsində bir daha diplomatiya tarixində nümunəvi çıxış kimi tədris olunacaq, xüsusi bir məharətlə dolğun məzmunlu müsahibə verdi.

Şübhəsiz ki, bu, Ermənistanın küçə səviyyəli  baş nazirinin verdiyi rabitəsiz, məzmunsuz, şər-böhtan və yalanlarla dolu, həqiqəti əks etdirməyən müsahibəsi ilə əsla müqayisə edilməyəcək bir müsahibə idi. Çünki Azəbaycan Prezidenti həqiqəti deyirdi.

Azərbaycanın haqlı davasını diqqətə çatdırırdı, onun hüquqi, beynəlxalq əsaslarını hər kəsin anlayacağı bir dildə bütün Rusiya auditoriyasına çatdırırdı. Ona görə, düşünürəm ki, istənilən intellektual göstəriciyə malik olan geniş rus auditoriyası bütün səviyyələrdə Azərbaycanın nə qədər haqlı olduğunu Azərbaycan Prezidentindən bir daha dinləmiş oldu.

Xüsusən müsahibənin sonunda Azərbaycan Prezidentinin Rusiya ictimaiyyətinə müracətindəki məzmun tarixi bir məzmun idi. Eyni zamanda, bu, informasiya savaşında bəzi hallarda Ermənistanı müdafiə etməyə meyilli görünən, Rusiyada mövcud olan ayrı-ayrı siyasi qruplaşmalara, təşkilatlanmalara verilən mühüm əhəmiyyətli bir mesaj idi.

Eyni zamanda, bu müsahibə bütövlükdə Rusiya informasiya məkanında Azərbaycana münasibəti köklü şəkildə dəyişdirə biləcək üslub və  məzmunda idi. Çünki Azərbaycan Prezidenti qeyd etdi ki, bu gün Rusiya-Azərbaycan qonşuluq münasibətləri qədər yüksək səviyyədə olan münasibətlər heç bir başqa qonşu ölkələr arasında yoxdur.

Ona görə də mən düşünürəm ki, bu müsahibə tarixi müsahibə hesab ediləcək qədər əhəmiyyətli idi.

Xüsusən indiki həssas mərhələdə Azərbaycanın haqq səsinin bir daha yenidən Rusiya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli idi.

Əlbəttə ki, bunun müqabilində Ermənistanın baş nazirinin  rabitəsiz, məzmumsuz, şərə, böhtana əsaslanan qeyri-inandırıcı fikirləri olduqca sönük görünürdü.

Hikmət BABAOĞLU,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Şuşasız bizim işimiz yarımçıq olar…Füzuli rayonunun kəndlərinin də mütləq əksəriyyəti bizdədir, indi biz Füzuli şəhərini də görürük…”-İlham Əliyevin “A Haber”-ə – MÜSAHİBƏSİ – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

“Həmsədrlər tərəfsiz, ən azı neytral olmalıdır… Sülhlə olacaqsa, sülhlə, olmayacaqsa, hərblə öz Haqq savaşımızı Qələbə, Zəfər ilə sonuclandıracağıq”- MİLLƏT VƏKİLİ ÖLKƏ PREZİDENTİNİN “FRANCE 24” KANALINA MÜSAHİBƏSİ BARƏDƏ DAHA NƏLƏRİ DİLƏ GƏTİRDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir