“Bu, inqilabi islahat idi” – ELDAR İBRAHİMOV – YENİLƏNİB

Parlamentdə Əmlak Komitəsi ilə birgə təqdimat keçirilir
Bu gün Milli Məclisdə (MM) Aqrar siyasət komitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təqdimatı keçirilir.
Etikxeber.az-ın məlumatına görə, adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, təqdimat torpaqların elektron kadastrı uçotunun bəzi rayonlarda başa çatdırılması ilə bağlıdır.
eldar-bdu
“Bu gün biz buraya mərhum dövlət başçısı Heydər Əliyevin başçılığı ilə Azərbaycanda uğurla həyata keçirilmiş torpaq islahatllarının nəticələri ilə bağlı yığışmışıq. Qeyd edim ki, hələ Azərbaycanda islahatlara başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasında torpaq islahatları həyata keçirildi. Şəxsən mən özüm həmin islahatların şahidi olmuşam. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən qısa müddət sonra isə Azərbaycanda bütövlükdə torpaq islahatlarına sratr verildi. “Torpaq islahatı haqqında” qanun qəbul edilıdi və çox uğurla icra olundu”-deyən, komitə sədrinin sözlərinə görə, Azərbaycan keçmiş MDB məkanında ilk ölkə idi ki, belə bir islahata gedirdi:
“Bu, inqilabi islahat idi”.
***
rafiqqq

Əmlak Komitəsi: 44 rayonda istifadə edilməyən torpaqlar yeni istifadəçilərə verilib

“Torpaqlardan mütləq istifadə olunmalıdır”.

Bunu çıxışında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

O, qeyd edib ki, xüsusilə, kənd təsərrüfatı təyinatlı torpaqlar istifadə edilməlidir:

“Bu məsələdə “mən istifadə edirəm, ya etmirəm” ola bilməz. Torpaqlar istifadə olunmalıdır, xüsusilə, kənd təsərrüfatı təyinatlı torpaqlar. Torpaqlara da aqrotexniki qulluq mütləq şəkildə edilməlidir”.

Komitə sədr müavini artıq bəzi bölgələrdə, 44 rayonda istifadə edilməyən torpaqların geri alındığını və yeni istifadəçilərə, icarədarlara verildiyini bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Fuad Muradovu bu dəfə Sahibə Qafarova əvəzləyəcək – “AVRONEST” PA-DA – ÖZƏL

Read Next

“İstifadəsiz torpaqlar” məsələsində narazılığa imkan vermək olmaz – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir