“Bu insanlar təkcə qanun qarşısında deyil, həm də ictimaiət tərəfindən mühakimə olunmalıdır”-MİLLƏT VƏKİLİ BAŞ PROKURORLUĞUN SON AÇIQLAMASINDAN DANIŞDI

Son günlər Respublika Prokurorluğunun xaricdə yaşayan ölkəmizə və ölkənin nüfuzlu şəxslərinə qarşı “söyüş “kampaniyası aparan, milli dəyərlərimizə, mənəviyyatımıza, əxlaqımıza zidd və ləkə olan bir qrup azərbaycanlının respublikamıza gətirilməsi məqsədilə beynəlxalq axtarışa verilməsi çox təqdirəlayiqdir. “Söyüş” kampaniyası aparan insanın toxunulmaz hüquqları olan şərəf və ləyaqətə qarşı cinayət törədən bu insanların ən qısa zamanda Azərbaycana gətiriləcəyinə, onların qanun qarşısında mühakimə olunaraq cavab vermələrinin təmin olunacağına əminik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı dilə gətirib.

Qeyd edib ki, əslində müvafiq hüquq mühafizə orqanları bunu çoxdan etməli idi. Bu ünsürlər törətdikləri çirkin əməllərlə xalqımızın da dünyada imic və nüfuzuna ciddi ləkə vururdular.

“Sosial şəbəkələr vasitəsilə t qarşısında təhqir və söyüncü özlərinə siyasi mübarizə vasitəsi hesab edən bu ünsürlır xalqımızın milli dəyərlərimə ağır zərbə vururdular. Belə insanların mərifət və tərbiyənin nə olduğunu bilməyən bu insanlar cəmiyyətin bütün kəsimləri üçün utancdır. Hesab edirəm ki, bu insanlar təkcə qanun qarşısında deyil, həm də ictimaiət tərəfindən mühakimə olunmalıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün tərəflərin güclü iradəsi və istəyi var…”-ANAR MƏMMƏDOVUN YAZISI

Read Next

General Yaşar Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə-TƏLTİF EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir