“Bu insanların müalicəsi ilə məşğul olan yaxşı mütəxəssislərimiz də yoxdur…” – PAŞAYEVA

Azərbaycanda autizm xəstəliyinə düçar olunan insanların problemləri ilə əlaqədar Milli Məclisin (MM) Səhiyyə komitəsi və Səhiyyə Nazirliyi arasında müzakirələrin aparılması və problemlərdən çıxış yolunun tapılması nəzərdə tutulur.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün MM-in Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.

Ə. Əmiraslanov qeyd edib ki, bu, autizm patalogiyadır, dövlətin qayğısına ehtiyac var: “Biz Səhiyyə Nazirliyi ilə bu məsələni müzakirə etməliyik”.

Millət vəkili Qənirə Paşayeva autizm xəstəliyinə düçar olan insanların ciddi problemlərinin olduğunu bildirib.

O, qeyd edib ki, həmin xəstəliklə bağlı hər hansı dövlət proqramı yoxdur, bu insanlar tamamilə diqqətdən kənarda qalıb:

“Bu insanların müalicəsi ilə məşğul olan yaxşı mütəxəssislərimiz də yoxdur. Bununla bağlı autizmli xəstələrlə bağlı cəmiyyətlər də bizə müraciət ediblər”.

Etikxeber.az

Read Previous

Qəbələnin icra başçısının müavininin arvadı özünü asdı

Read Next

Bacısı Sevinc Osmanqızıdan imtina etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir